beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər şey inamdan başlayır

Müharibənin ən qızğın bir vaxtı idi. Yapon general ordusu düşmən ordusundan sayca az olsa da, hücuma keçməyi qərara almışdı. Üstəlik, o bu döyüşdə qalib gələcəyinə də inanırdı. Ancaq nə yazıq ki, əsgərləri hələ də bu qələbəyə şübhə ilə baxırdılar. General isə əsgərlərini bu şübhədən necə xilas edəcəyini düşünürdü. Artıq döyüş meydanına doğru üz tutmuşdular. Bir qədər getdikdən sonra yolda fasilə verdilər. Fasilədən sonra general cibindən metal bir pul çıxardı və əsgərlərinə belə dedi:

— İndi mən bu pulu havaya atacağam. Əgər pulun yazı üzü düşsə, deməli qalib gələcəyik, buna görə də, yolumuza davam edəcəyik, yox əgər şəkil üzü düşsə, deməli, məğlub olacağıq, buna görə də, geri qayıdacağıq. Qəbul edirsinizmi?..

Əsgərlər bir ağızdan bu təklifi qəbul etdilər. Bir qədər sonra general pulu havaya atdi və hamı həyəcanla bu «təcrübənin» nəticəsini gözləməyə başladı. Metal pul yerə düşdükdən sonra bir qədər fırlandı və bir qədər fırlandıqdan sonra da dayandı. Yerə pulun yazı üzü düşmüşdü. Əsgərlər həyəcanla bir-birinə sarıldılar. Bəli, artıq bu döyüşdə qalib gələcəklərinə heç kimin şübhəsi olmamışdı. Əsgərlər bu həyəcanla da düşmənə hücum etdilər və sayca onlardan az olmalarına baxmayaraq, qalib gəldilər. Qələbədən sonra bir leytenent generalın yanına gəldi və sevinclə:

— Cənab general, sizi təbrik edirəm, «təcrübəniz» baş tutdu, — dedi.

— Doğrudur, — deyə general təbəssümlə cavab verdi. Sonra da əlini cibinə salaraq leytenanta döyüşdən əvvəl havaya atdığı metal pulu göstərdi.Pulun hər iki tərəfində də yazı üzü var idi...money


Tarix: 03.12.2014 / 13:45 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqli Hekayeler