beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyata fərqli baxış

Amerikada bir kişi lotodan bir milyon dollar qazanır,avtomobilinə gedərkən bir qadın qızının çox ağır, ölümcül bir xəstəliyə tutulduğunu və beş yüz min dollar tapa bilməzsə sabah qızının öləcəyini söyləyir.



Adam heç düşünmədən pulunun beş yüz min dollarını ona verir.
Sabahısı gün bu hadisəyə şahid olan biri, kişiyə o pulu verdiyi qadının bir fırıldaqçı olduğunu və onu aldatdığını söyləyir. (adam həqiqətən də aldadılmışdır)
Bu xəbəri eşitdikdən sonra kişi yalnız gülür.
Bu vəziyyətə qarşısındakı insan olduqca təəccüblənir.
-Necə ola bilər,axı qadın səni aldatdı, heç kədərlənmədin?
Kişnin verdiyi cavab maraqlıdır:
-Mənim sevincim sabah öləcək bir qızın olmamasıdır!


Tarix: 01.12.2014 / 15:56 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqli Hekayeler