Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Söz yarası

Bir gənc var idi. Tündxasiyət olduğu üçün heç kimlə yola getmirdi. Atası oğlunun yersiz dava-dalaşlarından cana doymuşdu. Bir gün atası ona mismar dolu bir kisə verdi və “Hər dəfə biri ilə sözün tərs düşəndə bu taxta qapıya bir mismar vur”. – dedi. Gənc elə ilk gün qapıya 30 mismar vurdu. Ancaq get-gedə özünü ələ almağa başladı. Günlər keçdikcə mismarların da sayı azalırdı. Nəhayət bir gün o, qapıya bir dənə də olsun mismar vurmadı. Gedib bu xəbəri atasına çatdırdı. Atasın onu yenə qapının yanına gətirdi və: “Bu gündən dava-dalaşsız keçirdiyin hər gün üçün qapıdan bir mismar çıxar”, - dedi. Günlər keçdi və bir gün qapıda mismar qalmadı. Atası onu əvvəlcə təbrik etdi, sonra qapını göstərib nə vaxtdır demək istəyi bu sözləri dedi: “İndi bu qapıya diqqətlə bax. Gör üstündə nə qədər mismar izi var. Artıq istəsən də, o, əvvəlki kimi görünməyəcək. Birinə hirslənəndə, birinin xətrinə dəyəndə də belə olur. Ürəyində sağalmaz yaralar açılır. Nə qədər sağaltmağa çalışsan da, sağalmır ki, sağalmır.”


Tarix: 01.12.2014 / 17:30 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Maraqli Hekayeler
loading...