Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı böyüdülən uşaq

Bir kişinin oğlu dünyaya gəlir. O, bayram edir, iki qurban kəsib paylayır. Heç görməmiş kim, yanından ayrılmır. “ Bir şey olar ” deyə zərif vücuduna toxunmağa cəsarət etmir.
Uşaq böyüdükcə sevgisi də böyüyür və onu ən gözəl şəkildə yetişdirməyi qarşısına qoyur. “ Görsünlər “ deyirdi, “ Görsünlər, uşağı necə böyüdürlər”.

O, bu məqsədlə çox çalışır, uşaq tərbiyəsi ilə bağlı kitablar oxuyurdu. Bu kitabların bəzilərində uşaq “müasir” dedikləri sistemə görə tərbiyə edilməli və hərəkətlərində son dərəcə sərbəst olmalı idi. Özü də çox məşğul olduğuna görə istər-istəməz belə edəcəkdi. “Demək ki, müasir sistemlər iş adamlarını düşünəcək qədər mükəmməldir”.

Tərbiyə sistemini müəyyənləşdirdikdən sonra, uşağın, pulu istədiyi yerə sərf etməsinə, istədiyi filmə baxmasına və istədiyi adamlarla dostluq etməsinə bir şey demədi. “Əks halda uşaq öz şəxsiyyətini tapa bilməz və gələcəyin böyükləri arasında öz yerini tuta bilməz”di.

Özü dindar olsa da, “zəifləyər” deyə oğluna oruc tutdurmaz, yuxusuna haram qatmasın deyə sübh namazına qaldırmazdı. Oğlunun məscidə birgə namaza getmək təklifini də onun “yaxşılığını” düşünüb hər dəfə rədd etmişdi. Yay tətilində Quran kurslarına getməsinə də mane olmuşdu. Düşünürdü ki, onsuz da il boyu məktəbdə oxuyub yorulub. Bir də yayda gedib tər tökəsi deyil ki? Qoy bir az da dincəlsin.

Kişi uşağına göstərdiyi bu fədakarlığın bir gün meyvə verəcəyinə inanırdı və onu təbrik edəcəkləri günü gözləyirdi.

İllər keçdi. Ata qocalmış, uşaq da universiteti bitirdikdən sonra, ailəsindən ayrılmışdı və səsi sorağı gəlmirdi. Atası da çətinliklə də olsa, axtarıb oğlunu tapır və illərin ayrılıq həsrətini yarım saata sığışdırmalı olur. Vaxtı bitərkən nəzarətçi gəlir və:


Tarix: 01.12.2014 / 17:55 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Maraqli Hekayeler
loading...