beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki xəstə

İki çarpayı və həyatla ölüm arasında mübarizə aparan iki xəstə.
Çarpayılardan biri pəncərənin qarşısında,o biri isə divarın dibindədir.
Pəncərə qarşısında yatan xəstə səhərdən axşama qədər bayıra baxaraq gördükləini divarın dibində yatan
yoldaşına danışır:
"Bu gün dəniz dünənkindən daha sakitdir.Külək də dünənki kimi əsmir.Dənizdə üzən ağ yelkənlər sanki su sonalarıdır.Park?!paxıl qonşu elə bilirdi palata yoldaşı belə bir pəncərədən baxır
Parkda hələ ki,heç kim yoxdur.Yelləncəklər də boşdur.Budur,keçən həftəki sevgililər gəldilər.Əl-ələ tutublar.Skamyalardan birində əyləşdilər.Gözlərini bir-birindən çəkmirlər.Oğlan pıçıltı ilə qıza nəsə danışır.Nə qədər də bir-birilərinə yaraşırlar.Kaş ki,öz gözlərinlə görəydin.
Qızılgüllər sanki,bu gün bayram edirlər.Elə açıblar ki,hər tərəf qırmızı rəngə boyanıb.Alça ağacları da gəlin kimi başdan-ayağa ağa bürünüblər. İndi də parkın bəzəyi uşaqlar gəldilər.Əllərində rəngbərəng çərpələnglər,şarlar var.Sanki,ümidlərini göyə uçururlar.
Bu gün qağayıların da kefi kökdür.Mavi dənizin üzərində o yan-bu yana uçur,hərdən də suya baş vururlar..."
Günlər də beləcə keçib gedir,xəstə hər gün pəncərədən gördüklərini yoldaşına danışırdı.
Bir gen pəncərənin yanındakı xəstənin ürəyi tutdu.Əgər divar dibindəki xəstə düyməyə basıb həkimi çağırsa idi,bəlkə də yoldaşını xilas edə bilərdi.
Ancaq o,düyməyə basmadı.Çünki,yoldaşı öləndən sonra pəncərənin qarşısındakı çarpayı boşalacaq və onu bu çarpayıya köçürəcəkdilər.
Beləcə bugünə qədər qulaqları ilə eşitdiklərini gözləri ilə görəcəkdi.Çox keçmədi ki, yoldaşı öldü.Ertəsi gün onu pəncərənin qarşısındakı çarpayıya köçürdülər.Gözlədiyi an gəlib çatmışdı.Həyəcanla pəncərədən baxdı.Ancaq...
Ancaq bayırda qapqara divardan başqa heç bir şey yox idi.


Tarix: 01.12.2014 / 13:50 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Hekayeler