Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Zibil maşını" qanunu

Qadın tələsik bir taksiyə mindi.Təcili hava limanına getməli idi.Sağ zolaqda gedirdilər ki,birdən sağ tərəfdən bir maşın qarşılarına çıxdı.
Taksi sürücüsü onunla toqquşmamaq üçün var gücü ilə əyləcə basdı.Taksi bir qədər sürüşsə də,maşınla toqquşmadan dayandı.Bu vaxt maşının sürücüsü başını şüşədən çıxardı və həm qışqırmağa,həm də söyməyə başladı.Taksi sürücüsü isə sakit bir şəkildə gülümsədi və heç bir şey demədən yoluna davam etdi.Qadın taksi sürücüsünün bu hərəkətinə bir məna verə bilmədi.Ona görə də «Niyə belə hərəkət etdiniz?Adam az qala maşınınızı əzəcəkdi.Üstəlik,ikimizi də xəstəxanalıq edəcəkdi»,-deyə soruşdu.

Taksi sürücüsü gülümsəməkdə davam edərək «Zibil maşını» qanunu" — dedi.Qadın: «Zibil maşını» qanunu?" — deyə soruşdu.Çox güman ki,taksi sürücüsünün nə demək istədiyini başa düşməmişdi.Və taksi sürücüsü izah etməyə başladı:
«Bəzi insanlar zibil maşını kimidirlər.Hər tərəfdə özləri ilə zibil gəzdirirlər.Ancaq onların bu zibilləri bizim bildiyimiz zibillərdən deyil.Onların bu zibilləri ürəklərində,beyinlərində yığıb saxladıqları „kin,nifrət,qəzəb,bir az da əlacsızlıq,çarəsizlik,ümidsizlik“ zibilləridir».Onlar bu zibillərin hərəsini bir yerdən yığırlar.Təbii ki,onları boşaltmaq üçün bir yerə ehtiyac hiss edərlər.Bu «yer» bəzən mən,bəzən siz,bəzən də başqası ola bilər.Yaxşısı budur,bu zibilləri öz üzərinizə götürməyin.Ancaq o zibilləri daşıyanlar üçün dua etməyi də unutmayın.Sonra da öz yolunuza davam edin.Çünki heç birimizin onların zibillərini götürməyə,sonra da evimizdəki,küçəmizdəki,iş yerimizdəki....insanlara "ötürməyə" haqqımız yoxdur.


Tarix: 01.12.2014 / 17:49 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqli Hekayeler
loading...