beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha səxavətli

Səxavəti dillərə dastan olan Hatəm Tai günlərin bir günü oturub yoldaşları ilə söhbət edirdi.Yoldaşlarından biri:
-Ey Hatəm!Görəsən,dünyada səndən səxavətli bir insan varmı?-deyə soruşdu.
Hatəm:
-Bəli,dünyada məndən səxavətli insanlar da var,-dedi və danışmağa başladı:
- Bir gün bir gəncin evində qonaq idim.Mənə bir qoyun kəsdi.Yeməklər bişdikdən sonra süfrə açıldı və birgə yeməyə başladıq.Söhbət əsnasında :"Qoyunun böyrəklərini çox sevirəm"-dedim.Bir azdan ev sahibi mənə bir şey demədən otaqdan çıxdı.Çox keçmədən əlində bişmiş yeddi qoyun böyrəyi geri qayıtdı.O gəncin elə bütün malı bu yeddi qoyun idi.Mənim üçün bütün malını fəda etmişdi.Ondan:"Niyə belə elədin?"-deyəsoruşanda mənə:"Sən mənim qonağımsan.Sənə istədiyin yeməyi yedirməliyəm"-dedi
Gəncin bu səxavəti və qonaqpərvərliyi qarşısında kövrəldim,gözlərim yaşardı.Evə gələndə o gəncə üç yüz dəvə və beş yüz qoyun göndərdim,amma bu mənim malımin bir hissəsi idi.Ancaq o gənc malının hamısını qonağına fəda etdiyi üçün məndən daha səxavətlidir.


Tarix: 01.12.2014 / 15:26 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqli Hekayeler