Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir dilənçinin hekayəsi.

Bir gün, kiçik bir qız uşağı, küçənin qırağında oturmuş, yeyəcək bir şey,

pul ya da ala biləcəyi bir şey üçün dilənirdi.

Əynində yırıq-yırtıq, üzü-gözü kir içində və pərişan bir haldaydı.
Qız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi.
Qızı gözü almışdı amma bildirməmək üçün dönüb ikinci dəfə baxmadı.
Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam
süfrəsi onu gözləyirdi. Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi.
Duyğuları bir şeylərə etiraz edirdi. Sonra asan yolu seçdi və etirazlarını Allaha yönəltdi.
Belə vəziyyətlərin var olmasına icazə verdiyi üçün.
Və içindən belə bir cümləylə şikayətləndi:
" - Belə bir şeyin olmasına necə icazə verirsən?
Niyə o kiçik qıza kömək üçün bir şeylər etmirsən Allahım?"
Sonra ruhunun dərinliklərindən gələn bir cavab eşitdi:
" - Etdim. Səni yaratdım!"


Tarix: 01.12.2014 / 17:15 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Maraqli Hekayeler
loading...