beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğruya da mərhəmət

Mövlana bir gecə namaz qılırdı, yəni meracda idi.
" Eşq sultanı " bir başqa dünyanın insanı idi. Nə evində idi, nədə dünyada. Hüzurunda hüzür tapdığı Rəbbinin yanında idi. Ondan heç bir şey ala bilməyənlərdən biri oğurluqla keçinməkdə idi.
Mövlananın otağına girdi və oradan yerə sərilən xalçanı götürüb getdi.
Bir-neçə gün sonra oğurladığı xalçanı bazarda satarkən yaxalandı. Həzrəti Mövlananın hüzuruna gətirildi.
Mövlana oğrunu vəhşi kimi tutub gətirənləri sözləri ilə təəccübləndirdi. Oğruya yazığı gəlmişdi:
- Buraxın o yazığı! Ehtiyacı olduğu üçün etmişdir. Üzrlü hesab edin. Artıq xalça onundur. Ya da pulunu verib xalçanı satın alın!
Bu hadisə bir çox yazıçı və şairə ilham qaynağı oldu. Hadisədən əsrlər sonra Viktor Hüqo bu gözəlliyi götürüb romanında canlandırdı. " Səfillər " adlı bu roman klassiklər arasında sayıldı. Lakin həmin kitaba görə o gözəlliyin qəhrəmanı Mövlana deyil, bir xristian rahibi idi.


Tarix: 01.12.2014 / 15:58 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqli Hekayeler