Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təmiz pəncərə

Yeni ailə qurmuş cütlük, yeni bir məhəllədəki yeni evlərinə köçdülər. Səhər yeməyi yeyərkən, qonşu da paltarları asırdı. Qadın ərinə "Bax, paltarları təmiz deyil, paltar yumağı bilmir, bəlkə də doğru sabundan istifadə etmir." deyir. Əri ona baxır, lakin heç bir söz söyləmir yeməyinə davam edir.
Qadın, qonşusunun paltar asdığını gördüyü hər səhər eyni sözləri təkrar edir yoldaşına.
Bir ay sonra bir səhər, qonşusunun paltarlarının tərtəmiz olduğunu görən qadın cox təəccüblə "Bax paltar yumağı öyrəndi sonda, kim öyrətdi görəsən?"
'Mən bu səhər bir az tez oyanıb pəncərəmizi sildim' deyə cavab verdi əri..

Həyatda da belə deyildirmi?
Başqalarını izləyərkən gördüklərimiz, baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Birini mühakimə etməzdən əvvəl öz vəziyyətimizə baxmaq və 'yaxşı' olanı görməyə hazır olub olmadığımızın fərqinə varmaq gözəl bir fikir ola bilər ...
Pəncərələrimizi təmiz tuta bilmək diləyi ilə.


Tarix: 01.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqli Hekayeler
loading...