beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Harun Ər Rəşid və yuxuyozanlar

Harun Ər Rəşid və yuxuyozanlar

Bəzən dediyimiz söz başımıza bəla olur. Ancaq bu fikri elə şəkildə deyə bilərik ki, eyni məna kəsb etsə də qarşı tərəf inciməz. "Necə deyərlər nə şiş yanar nə kabab". İlk dəfə mən bu əhvalatı eşidəndə çox xoşuma gəlmişdi. Demək olar ki, ən çox bəyəndiyim əhvalatlar sırasında birinci yerlərdən birini tutur. Bu səbəbdən istəyirəm sizinlə də bölüşüm.

Bir gün Harun Ər-Rəşid yuxuda görür ki, onun bütün dişləri tökülüb. Səhər yuxudan oyanan kimi təbii ki qulluqçularına əmr edir ki, ən yaxşı yuxuyozanı tapıb onun yanına gətirsinlər. Onlar ən yaxşı yuxu yozanı tapıb gətirirlər.

Harun Ər-Rəşid yuxusunu yuxuyozana danışdıqda, yuxuyozan deyir;

-Yuxu onu göstərir ki, bütün qohum əqraban öləcək və sən tək qalacaqsan.

Bu sözləri eşidən xəlifə əsəbləşir və yuxu yozanı cəzalandırır. Əmr edir ki, daha yaxşı yuxuyozan tapıb gətirsinlər. Başqa bir yuxuyozan gəlir və Xəlifə öz yuxusunu ona danışır. Yuxuyozan deyir:

-Allahın izni ilə bizim hökümdar bütün qohumlarından daha uzun ömürlü olacaq.

Bu sözləri eşidən də isə Harun Ər Rəşid sevinir və yuxuyozanı mükafatlandırır.



P. S. Nə fərqi var ki, ya qohum əqraba öldü hökümdar tək qaldı ya da ki, hökümdar qohumlarından hamısından çox yaşadı. Gördüyünüz kimi əhvalatda iki yuxu yozanda məntiqlə eyni olan fikri izah edir. Ancaq bizi cəzalanır o biri isə mükafat alır.

P.S.S. Hər fikri demək olar, ancaq hər şəkildə yox.


Tarix: 01.12.2014 / 13:42 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqli Hekayeler