beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhli beytin böyükləri iki şeyx (Əbu Bəkr və Ömər ) haqqında

Əli ibn Əbu Talib (radıyAllahu anhu) buyurur: “Məni Əbu Bəkr və Ömərdən üstün tutan hər bir kəs iftiraçı kimi şallaqla cəzalandırılmalıdır.
Əli ibn Əbu Talib xütbə verərkən buyurur: “Allahummə, bizim işlərimizi haqq yolu göstərən raşidi xəlifələrinin işləri kimi yoluna qoy!


Əlidən soruşdular:
- “Onlar kimlərdir?”. Əli ibn Əbu Talibin gözləri doldu və buyurdu:
-“Onlar mənim sevimli yoldaşlarım Əbu Bəkr və Ömər idi. Onlar hidayət imamları, İslamın şeyxləri və Qureyşin kişiləri idi. Onların yolunu tutanlar haqq yolunun yolçularıdır. Onlarla bağlı olanlar Allahın dəstələrinin üzvləridir.”
•Bir nəfər ZeynəlAbidinin yanına gəlib deyir:” Əbu Bəkr barədə mənə danış!”. O deyir: “Siddiq haqqındamı?” Kişi soruşur:” Səndəmi ona Siddiq deyirsən?” O deyir:” Bəli Siddiq deyirəm. Onu Siddiq adı ilə Rasulullah (sallallahu aleyhi və səlləm), mühacirlər və ənsarlar çağırmışlar. Ona Siddiq deməyəni İzzət və Cəlal sahibi olan Allah nə dünyada, nə də Axirətdə bağışlayar. Sən də Əbu Bəkr və Öməri sev!”
•Cəfər bin Muhəmməd demişdir: “Allahummə, mən Əbu Bəkri və öməri qəbul edirəm və onlara məhəbbətimi bildirirəm. Allahummə, əgər mənim nəfsimdə bundan başqa bir şey olarsa, mənə Qiyamət günü Muhəmmədin (sallAllahu aleyhi və səlləm) şəfaəti çatmaz.”
•Cəfər əs-Sadiq demişdir: “Əbu Bəkr və Ömərdən uzaq olandan mən də uzağam.”


Tarix: 10.04.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar