beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlman ehtiyac içində qardaş və bacılara necə kömək edə bilər?

Sual- Dünyada başlarına bəla, müsibət gələn qardaş və bacılara qarşı müsəlmanın vəzifələri necə olmalıdır?

Cavab- Həmd Allaha məxsusdur.

Allah təala buyurur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar”. (əl-Hucurat 49:10)

Allah təala onları vəsf edir: “...(möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. (əl-Fəth 48:29)

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Möminin iman əhlinə qarşı münasibəti başın bədənə olan münasibəti kimidir. Bədən başın ağrısını duyduğu kimi, mömin də iman əhlinin ağrılarını duyur”. (İmam Əhməd rəvayət etmişdir)

İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demək olar ki, möminin öz mömin qardaş və bacılarına hansı yollarla kömək göstərəcəyini cəm etmişdir:

Mömin (qardaş və bacıya) kömək etmək üçün müxtəlif yollar var. Onlar aşağıdakılardır:

• Malından xərcləməklə
• Vəzifəsindən istifadə etməklə
• Fiziki xidmət göstərməklə
• Səmimi nəsihət etməklə
• Yol (hidayəti) göstərməklə
• Dua etməklə
• Onlar üçün bağışlanma diləməklə
• Onların ağrılarına şərik olmaqla.

Göstəriləcək köməyin, dəstəyin səviyyəsi, dərəcəsi insanın imanına görə dəyişir, ondan təsirlənir. İnsanın imanı zəifdirsə, onun köməyi də zəif olacaqdır. İnsanın imanın güclüdürsə, kömək, yardım da güclü olacaqdır. Allah rəsulu sallallahu aleyhi və səlləm öz səhabələrinə köməkdə, dəstək olmaqda bütün insanlar içində ən üstünü idi. Beləcə, ardıcılları ona nə qədər yaxından itaət edərlərsə, mömin qardaşlarına köməkləri də bir o qədər böyük olacaqdır. (əl-Fəvaid 1/171)

Əl-Xəlil ibn Əhməd öz dostu ilə gəzirdi. Birdən dostunun ayaqqabısı cırıldı. Beləcə dostu ayaqqabılarını (əlinə alaraq) daşıdı və ayaqyalın gəzməyə başladı. Əl-Xəlil də öz ayaqqabılarını soyundu və onları (əlində) daşıyaraq ayaqyalın gəzdi. Dostu ondan nə üçün belə etdiyini soruşduqda o belə dedi: “Sən ayaqyalın olduğuna görə mən sənə qarşı hüsn-rəğbət, şəfqət göstərirəm”.




Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar