beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümədən əvvəl ratibə Sünnət namazı var?

Sual: Cümədən əvvəl və ya sonra hər hansı sünnət namazı var?

Cavab: Həmd Allaha məxsusdur.

Alimlər arasında olan iki rəydən ən doğru olanına görə cümədən əvvəl ratibə sünnət namazı yoxdur. Lakin məscidə gələndə Allah təalanın imkan verdiyi qədər ibadət etmək, hər iki rəkətdən sonra salam vermək şəriətdə varid olmuşdur. Çünki peyğəmbər sallallahu alyehi və səlləm demişdir: “Gecə və gündüzün namazları iki ikidir. (İmam Əhməd) və Sünən sahibi həsən isnadla rəvayət etmişdirlər; hədisin əsli Əl-Səhih əsərindədir. Hədisin bu rəvayətində “gündüz” kəliməsi yoxdur.

Bir çox səhih hədislər dəlalət edir ki, cümə günü müsəlman məscidə gəldiyində imam gəlməmişdən əvvəl Allah təalanın istədiyi qədər namaz qıla bilər. Peyğəmbər sallallahu aleyhi və səlləm bunun iki və ya dörd və ya bundan daha çox olduğunu xüsusiləşdirməmişdir. Bunların hamısı yaxşıdır, lakin ən aşağı say “məscidə salam vermək” üçün iki rəkətdir.

Cümədən sonra namazı əda etməyə gəldikdə, bu barədə ratibə Sünnət namaz var. Bunun ən aşağı həddi iki rəkət, ən yuxarı həddi isə isə dörd rəkətdir. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Sizlərdən kim cümədən sonra namaz qılarsa, dörd rəkət qılsın”. (Müslim, Əl-Cumua 8881). Həmçinin, peyğəmbər sallallahu aleyhi və səlləm evində cümədən sonra iki rəkət namaz qılardı. Allahın razı qaldıqlarını etməkdə bizə yardım etməsini Ondan istəyirik.

Məcmu Fətəvə və Məqalət Mutanaviiəh li Səməhət əl-Şeyx Alləmə Abduləziz ibn Abdullah ibn Bəzz (Allah ona rəhmət etsin), fəsil 12, cild 386


Tarix: 04.04.2013 / 21:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar