beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(Dayı, xala, bibi) qızı mənim yanımda örtünməlidirmi?

Sual: Anası eyni ölkədə yaşamasına baxmayaraq dayım qızı anamın və atamın yanında böyümüşdür. Bununla belə, anam heç vaxt dayım qızına süd verməmişdir (əmizdirməmişdir). Dayım qızının mənim yanımda örtünməsi vacibdirmi?

Cavab: Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Bir kişi, bir qadınla tək qalsa, üçüncüsü şeytan olur”.
Bir nəfər soruşdu: “Ey Allahın Rəsulu! Hamu (qayın) necə? O dedi: “Qayın ölümdür”. “Hamu” ərin qardaşıdır (yəni, qayın). Eləcə də bu baxımdan əmi oğlu və xala oğlu da eynilə bu hökmə aiddir. Qadın onların yanında örtünməlidir və bütün naməhrəm kişilərin yanında hicab geyinməsi ona vacibdir və sual verən də (bibi oğlu) onlardan (naməhrəm) sayılır.



Abdullah ibn Ğüdeyyan


Tarix: 02.04.2013 / 20:07 Müəllif: *Beyaz_Gul* Baxılıb: 159 Bölmə: Maraqlı melumatlar