beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Andın kəffarəsi (andı pozmağa görə kəffarə) necə olur?

Sual: Qəzəbli olduğumda Allaha and içdim ki, bir ay anam mənimlə maşında getməyəcəkdir. Lakin bundan sonra bu əməlimə görə peşman oldum. İndiyə kimi mənimlə maşında getmir. Lakin tövbə etmək istəyirəm, nə edim?

Cavab: Həmd Allaha məxsusdur.

Bir insan günah işləmək, asilik etmək, qohumluq əlaqələrini kəsmək və yaxud fəsad törətmək üçün and içərsə onun bu andı yerinə yetirməsi, andına vəfalı olması haramdır. Əksinə o bu andını pozmalı və buna görə kəffarə ödəməlidir. Bu kəffarə on kasıbı (miskini) yedizdirmək və yaxud geyindirmək və ya qul azad etməkdən ibarətdir. Kim bunlardan hər hansı birini etməkdən aciz olarsa, o halda üç gün oruc tutmalıdır.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Allaha and olsun ki, Allah istəyərsə, mən and içirəm, sonra bundan (and içdiyimdən) daha xeyirlisini gördüyümdə andımdan kəffarə edirəm (kəffarəsini verirəm) və daha xeyirli olanı edirəm”. Buxari (3133) və Müslim (1649)

Ona görə də, andınızın kəffarəsini ödəyin və ananızı sizinlə birlikdə maşına mindirin.

Həmçinin ananız barəsində sizi Allahı xatırladırıq, Allahdan qorxmağınızı sizə tövsiyyə edirik. Çünki Allah Sübhənahu valdeyin haqqlarını Öz haqqı ilə yan-yana qeyd etmişdir. Ona görə də onun etdiyi hər hansı bir xahişi rədd etməyin və yaxud onu məyus etməyin və yaxud hər hansı kiçik və ya böyük bir məsələdə onu qəzəbləndirməyin. Əksinə ananıza yaxşılıq etmək və onun sevgisini, razılığını qazanmaq üçün sizə fürsət verməklə ikram edən Allaha həmd edin. Çünki Cənnət sizin ananızın ayaqlarına yaxın olmağınıza və onun qayğısına qalmaqda, ona baxmaqda və ona gözəl davranmaqdadır.

Allahdan bizlərin hamısına xeyir işlər etməyə kömək etməsini və tövbələrimizi qəbul etməyini istəyirik.




Muhəmməd Saleh əl-Münəccid


Tarix: 02.04.2013 / 20:02 Müəllif: *Beyaz_Gul* Baxılıb: 162 Bölmə: Maraqlı melumatlar