beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənzil bədlik ola bilərmi?

Sual: Bir nəfər bir evə köçüb. Bu evdə xəstəliklərə tutulub. Başına gələn müsibətlərin çox olması özündə və ailəsində belə bir fikir yaratdı ki, həmin ev onlar üçün bədlikdir. Belə bir səbəbdən həmin evdən köçmək olarmı?
Cavab: Həmd Allaha məxsusdur.
Ola bilsin ki, bəzi mənzillər, bəzi miniklər və yaxud bəzi qadınlar sahibi üçün bədlik olsun. Və Allah Təala Öz hikməti ilə bu sadalananlardan birini həmin şəxsə verməklə bununla onu müəyyən qədər zərərə uğratmağı və yaxud ümumiyyətlə fayda verməməyi və buna bənzər şeylər murad edə bilər. Belə olduğu halda sözügedən mənzili satmaqda və başqa bir mənzilə köçməkdə heç bir xəta yoxdur. Bəlkə Allah Təala köçəcəyi evi onun üçün xeyir-bərəkətli etsin. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyi rəvayət olunub: “Bədlik üç şeydədir: mənzildə, qadında, və atda.” Bəzi miniklər sahibi üçün bədlik ola bilər, bəzi zövcələr əri üçün bəd ola bilər və eləcə də bəzi mənzillər. Əgər kimsə bu cür vəziyyətlə rastlaşarsa başa düşməlidir ki, bu Allah Azzə və Cəllənin qədəri ilə olur və Allah Sübhənahu və Təala Öz hikməti ilə məsələnin bu cür olmasını murad etmişdir ki, həmin insan başqa bir yerə köçsün. Ən doğrusunu Allah bilir.
Şeyx ibn Üseymin, Əqidəyə dair Fətvalar, səh.303


Tarix: 02.04.2013 / 19:43 Müəllif: *Beyaz_Gul* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar