beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahı inkar edən ağılsız insan!

Allahı inkar edən, öz inkarı ilə əslində Onu təsdiq edir... Çünki olmayan şeyi inkar etməzlər...
Allahı inkar edən ağılsız insan! Bu cür möhtəşəmliyin qarşısında necə "Allah yoxdur” deyə bildin?!Oxu ve utan!

ABŞ-da Mount Palomar Rəsədxanasındakı dünyanın ən güclü optik teleskopu Hale teleskopunun içinə 800 milyon galaksiya girdi.... nə az, nə çox 800 milyon....bu son nəticə deyil. Çünki son nəticəni almaq üçün Hale teleskopundan da min dəfə güclüsü lazımdır... bu isə imkansızdır... Bu galaksiyaların içində elələri də var ki 100 milyard ulduzu var... Bu ulduzlar isə, bizim BÖYÜK hesab etdiyimiz Günəşimizdən minlərcə qat böyükdür... Hal-hazırda bizim Samanyolu galaksiyamız təxmini 200 milyard ulduzdan ibarətdir...
Samanyolunun ölçüsü isə 100 000 işıq ilidir. ( İşığın bir saniyədəki sürəti 300 000 kilometrdir). Saatda 10 000 kilometr sürətində gedən bir roketlə Samanyolunu bir ucundan digər ucuna getmək istəsək, bu səyahəti 15 milyard 800 milyon ilə tamamlayarıq.... Təsəvvür edin...
Eyni yolda ilərləyən iki qalaksiyadan arxadakı öndəkinin sürətindən daha tez olsa, iki qalaksiya milyardlarca ulduzu ilə birlikdə bir-birinin içinə keçər və elə bir dəhşət olar ki, nəinki iki qalaksiya hətta bütün kosmos əriyib gedər, yox olar... planetlərin fırlanması ilə bərabər, qalaksiyalar da fırlanır... əgər bir qalaksiyanın ölçüsü 100 000 işıq ilidirsə, təsəvvür edin ki, bu iki qalaksiyanın toqquşması və hər şeyin məhv olması neçə il olacaq... insan ağlı hələki bunu qavramır təəssüf ki...
Bəs bu cür möhtəşəmliyi, nizam-intizamı qoruyan və bütün hesablarıyla bilən Kim Ola Bilər? Sən yoxsa Mən?
Bəlkə təsadüflər, bəlkə təbiət? Təbiətdə olmayan şeyi təbiət necə idarə edər? Əgər təbiət bir ağacını belə qırılmaqdan qorumursa, 800 milyon qalaksiyanı necə qoruya bilər?

Təsadüflər? Təsadüfən bir bina tikilərmi? Təsadüfən bir uşaq doğularmi?
Bəlkə elə hər şey öz-özündən yaranıb? Xeyr... Ortada daş, sement, qum, dəmir var. Usta olmadan bunlar öz aralarında qalxıb bina tikə bilərlərmi? Hər şeyin yaradıcısı olan Allah sonsuz qübrəti və elmi ilə hər şeyi yaradmış və yaratmaqdadır...
Hər şeyə şəkil don giyindirən Rəbbimiz Tək və Ortaqsızdır...Onu yuxu tutmaz hər yerdə hər zaman bizi görəndir... Yenə dediyim kimi " Rəsm- Rəssamdan xəbər verər”...
Bu sübutları oxuduğum bir kitabdan yazmışam... Hətta özüm şoka düşmüşdüm...


Tarix: 04.12.2014 / 12:12 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Maraqlı melumatlar