beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Əxlaqlı qadını ucaldar

Allaha könüldən bağlı olan müsəlman qadınlar, bütün həyatlarını Allahın bildirdiyi hökmlərə görə nizamlayar və
Quran əxlaqını yaşamaq haqqında böyük bir diqqət göstərərlər. Bu səbəblə İslam dini bütün insanlara olduğu kimi, ömürləri boyunca
Allah yolunda yaşayan qiymətli mömin qadınlara da, həm dünya həyatında, həm də axirətdə həqiqi mənada qürur, şərəf və möhtərəmlik verər və
onlara üstün əxlaq qazandırar. Bir insanın şəxsiyyətini gözəlləşdirib üstün hala gətirən, xarakterini sağlamlaşdıran, əxlaqını gözəlləşdirən,
davranışlarını təsirli edən əsas olaraq o adamın imanı, Allah qorxusu və təqvasıdır.Bu, Allahın Quran ilə bildirdiyi əhəmiyyətli bir sirr, insanların diqqətlə düşünüb öyüd almalarını tələb edən əhəmiyyətliməlumatdır.Quran əxlaqı, insanlara ən güclü, ən möhkəm və ən gözəl şəxsiyyəti qazandırır.
Allahın,ayəsiylə bildirdiyi kimi, Quran əxlaqını yaşamaq insanlara ’şan və şərəf’ qazandırır. Buna görə də bu əxlaqı yaşayan qadın hörmətə layiq,
şərəfli və təmkinli xarakterə sahib olar. İman sahibi olan insanlar yaşadıqları cəmiyyətdən, ailələrindən, ya da yoldaşlarından aldıqları
təlqinlər hər nə olursa olsun, bunları bir kənara buraxar və Quranda bildirilən Müsəlman xarakterini yaşayarlar.


Tarix: 03.12.2014 / 15:48 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı melumatlar