beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HAQQI ETIRAF ETMƏK

Məntiqsizlikdən və təəssübkeşlikdən uzaq olan elmi söhbətlər Əhli-sünnənin bir sıra görkəmli şəxsiyyətlərinin, Cəfəri məzhəbinin düzgünlüyünə etiraf və onu ağıl, Quran və hədisə əsaslanan şəriətə malik bir məzhəb kimi qəbul etmələrinə səbəb olmasından əlavə, həm də onların bəzi böyüklərinin öz məzhəblərini tərk edərək, şiəliyi səmimi qəlbdən qəbul etmələriylə nəticələnmişdir. Onlar etiraf etmişlər ki, haqq birdir və onun təmsilçisi Əhli-beyt məzhəbi sayılan şiəlikdən başqa heç bir məzhəb deyildir. Belə şəxsiyyətlərdən bir neçəsi barədə söhbət açmaq istəyirik:

1.ƏLLAMƏ ŞEYX MƏHƏMMƏD MƏR`İ ƏMİR ƏNTAKİ
O, hicri 1314-cü ildə Əntaki şəhərinin Ənsu kəndində anadan olmuşdur. Öncə Şafei məzhəbinə mənsub idi. Qardaşı ilə birlikdə təhsil almaq məqsədi ilə Misirə yola düşmüş və orada ilkin mərhələləri bitirdikdən sonra əl-Əzhər universitetinin Şeyx Müstəfa Məğazi, Mahmud Əbu Taha, Şeyx Rəhim və digər görkəmli şəxsiyyətlərindən bəhrələnərək yüksək elmi dərəcə qazanmışdır. Vətənə qayıdarkən əl-Əzhər universitetinin elm adamları bu iki qardaşa Misirdə qalıb tədrislə məşğul olmaq təklif edirlərsə də, onlar bunu qəbul etməyib öz doğma el-obalarına dönürlər. Çox da uzun sürməyən araşdırmalar nəticəsində Şiə məzhəbinin haqq məzhəb olduğunu anlayır və hər iki qardaş bu məzhəbi seçirlər.

O, Əhli-beyt (ə) məzhəbini qəbul etməsində mühüm rol oynayan səbəbləri qeyd edərək deyir:
1. Hər şeydən əvvəl, Şiə məzhəbinin ehkamlarına əməl etməyin yetərli olduğunu və mükəlləflərin buna əməl etməklə öz vəzifələrini həyata keçirdiklərini gördüm. Keçmişdə və hal-hazırda bir çox əhli-sünnə alimi də bunun doğruluğuna fətva vermişlər.
2. Güclü dəlillər, inandırıcı sübutlar və gündüz, parlaq günəşin saçdığı kimi açıq-aşkar sübutlar vasitəsi ilə Əhli-beyt (ə) məzhəbinin haqq olduğu isbat edildi. Bu, elə bir məzhəbdir ki, şiələr onu Əhli-beytdən (ə), onlar da Allahın rəsulundan (s), o isə Cəbrayıldan və nəhayət, o da Allahdan əxz etmişdir.
3. Vəhy onların öz evində nazil oldu və onlar evdə nə baş verdiyini başqalarından daha yaxşı bilirlər. Elə buna görə də normal düşünən hər bir şəxs, Əhli- beytin (ə) sözünü qoyub, digərlərinin fikirlərinin arxasınca getməz.
4. Qurani-kərimdə bir çox ayələr bizi onların vilayət və dini rəhbərliklərini qəbul etməyə çağırır.
5. İslam peyğəmbərindən (s) nəql olunmuş bir çox hədislər də bizi Əhli-beyt (s) məzhəbinə mənsub olmağa dəvət edir. Mən bunların əksəriyyətini “əş-Şiə və hucəcuhum fit-təşəyyo” kitabında qeyd etmişəm.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar