Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideyinin haqqı

İslam dini ictimai bir dindir. Bu dinin ardıcılları Allaha xatir bir-biriləri ilə ünsiyyət yaradırlar. Onların arasındakı dostluq və məhəbbətin İlahi səbəbləri var. İnsanların sədaqəti Allaha sığınmaq vasitəsi ilə təmin olunur. Buna görə də deyə bilərik ki, dini vəzifələrimizin bir qismi cəmiyyətdəki ünsiyyət və davranışımızla bağlıdır. Bu vəzifəlri tanımaq və onlara əməl etmək isə Allahın razlığına səbəb olar və nəticədə, bizim dünya və axirət səadətmiz təmin olunar.
Əgər başqaları qarşısındakı vəzifələrimizi tamınaq istəsək, əvvəlcə digərlərinin bizim boynumuzda olan haqlarını bilməliyik.

İndi isə boynumuzda ən çox haqqı olan ata və ana qarşısındakı vəzifələrimizin bir neçəsinə diqqət yetirək.
1-Ata və anaya yaxşılıq:

İslam məktəbində insanların Allah qarşısındakı vəzifələrindən sonra ən böyük və ən mühümü Ata –ana qarşısındakı borcudur.
İslam mənbələrində valideynin hüququ barədə çox təkidlər olunmuşdur. Hətta Allah quranda ata və anaya yaxşılığı özünə ibadətdən sonra, insanın ən mühüm vəzifəsi saymışdır:

"Rəbbim yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların bir və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb : ”Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” –de.” (İsra 23-24).
Bu iki ayədə Allah bəndələrini tövhid və özünə ibadətlə tanış edəndən dərhal sonra ata-ana haqqında yaxşılıq vəzifəsini də eşitdirir. İmam Sadiq (ə) (və bil validəyni ihsana-"valideynlərə yaxşılıq edin”) ayəsinin izahında buyurur:

"Yaxşılıq budur ki, onlarla yaxşı ünsiyyətdə olasan və onlar öz ehtiyaclarını səndən istəməzdən öncə ehtiyaclarını həll edəsən (sənin köməyinə ehtiyacsız olsalar belə) .

Başqa bir yerdə buyurur: "Sən onlara o qədər diqqət yetir və ehtiyaclarından xəbərdar ol ki, səndən bir şey istəməmişdən qabaq onu hazır edəsən.”
Hədislərin birində buyurulmuşdur ki, peyğəmbərdən (s) soruşdular:

" Övladın boynunda ata-ananın haqqı nədir?”
Həzrət cavabında buyurdu: "Onlar səni cənnətin və cəhənnəmindirlər.” (Ət-tərğib, c. 3, s. 316).

Yəni hər kəsin Cənnətə və Cəhənnəmə getməyi onu valideynin haqqını yerinə yetirib, yetirməməsindən aslıdır.

Bu məna başqa rəvayətlər də vardır:
"Cənnət anaların ayqları altındadır.”

Yəni ananın haqqını yerinə yetirməklə behişti qazanın. Başqa sözlə desək övladlar öz analarına qarşı son dərəcə təvazökar olmalı və onlara xidmət etməklə haqlarını ödəməlidirlər. Başqa bir hədisdə isə ana sözünün əvəzinə valideyn kəlməsi işlənmişdir. Yəni Cənnət valideynin ayaqları altındadır. Bunun mənası odur ki, ata və ananın haqqını ödəmək Cənnətə getməyin yoludur.

Peyğəmbər (s) və İmamların hədislərində atanın haqqına ananın haqqından sonra təkid edilib.

İmam Səccad (ə) İslam alimləri arasında "Risalətul Huquq” adı ilə məşhur olan hədisində buyurur: "Ən vacib haqq ananın haqqı, sonra atanın və sonra isə övladının haqqıdır...” (Biharul-ənvar, c. 74, s 3.)
Hədisin bu hissəsində atanın haqqının ananın haqqından üstün olması aydın nəzərə çarpır. İmam Səccad (ə) həmin hədisdə ananın haqqı barəsində bu cür buyurur:

"Ananın haqqı budur ki, biləsən o sənə əziyyətlə heç kəsin, heç kəsə dözmədiyi şəkildə dözüb. Heç kəsin heç kəsi yedizdirmədiyi yerdə qəlbinin şirəsi ilə səni yedizdirib. Bilməlisən ki, bu yükə, onun ağırlığına və acısına dözməyin çətin olmasına baxmayaraq gözü, qulağı, əli, ayağı, dərisi, tükü və bütün üzvləri ilə razılıqla sənin keşiyində olub. Nəhayət Allahın qüdrət əli səni ondan ayırır (dünyaya gəlirsən). Bundan sonra sənin tox, özünün ac qalmasına razılıq verir. Səni geyindirib özü paltarsız qalır. Sənə su verir özü susuz qalır. Səni öz kölgəsinə alır, özü gün altında qalır. Özünü zəhmətə salmaqla sənin ruzini verir. Özü yatmamaqla yuxunun ləzzətini sənə daddırır. Bilki onu qarnı sənin yuvan, ətəyi sənin beşiyin, sinəsi sənin susuzluğunu yatıran, canı isə sənin mühafizindir. Dünyanın isti soyuğuna sənə görə dözüb ki, çətinlikləri səndən uzaqlaşdırsın. Buna görə də sənin üçün və sənin yolunda çəkdiyi əziyyətlərə görə ona təşəkkür et və bil ki, əgər Allahın izni və köməkliyi olmasa bu təşəkkürə qadir deyilsən.” ( Biharul-ənvar, c. 74, 1-ci bab, 2-ci hədis.)
Həzrəti İmam Səccad (ə) bu hədisin başqa bir yerində buyurur:

"Atanın haqqı budur ki, biləsən o sənin bünövrən və əsasındır. Sən isə onun qol-budağısan. Əgər o, olmasaydı, sən də yox idin. Elə isə bilməlisən ki, səndə olan bütün yaxşılıqlar, gözəlliklər atandandır. O, sənin nemətlərinin bünövrəsidir. Buna görə də Allaha şükr və ibadət et. Bu nemətlərin müqabilində Allah və atana təşəkkür et.” (Biharul-ənvar, c. 74, s.6)
2- Pis rəftardan çəkinmək:

Uca rəbbimiz "İsra” surəsinin 23-cü ayəsində insanların ata-anaya qarşı yaxşı münasibət bəsləmələrinin vəzifə olduğunu xatırladandan sonra, onlara qarşı pis rəftar edənləri və valideyninə qarşı çıxanları danlayaraq, onları bu işdən çəkindirir:
"Onlara "Uf” deməyin və üzünüzü turşutmayın”. (İsra/23)Bilmə

k lazımdır ki, "Uf” ədəbsizlik və kobudluğun ən yüngül formasıdır. Buna görə də Allah bizi ata-anaya "Uf” deməkdən çəkindirirsə, deməli, onlara qarşı olan hər növ ədəbsizlik və kobudluqdan çəkindiribdir. Bu barədə İmam Sadiq (ə) buyurur: "Ən kiçik ədəbsizlik "Uf” deməkdir. Əgər bundan da az və kiçik ədəbsizlik olsaydı, Allah ondan da çəkindirərdi”. (Biharul-ənvar, c. 74, s. 6).
Buna görə də Ata-anaya uf deməyin qadağan olunduğu halda, onları söymək, döymək və qısası onlara qarşı bütün növ ədəbsizlik haramdır.

Öz valideynlərinə qarşı kobudluq və hörmətsizlik edən şəxslərə İlahinin əzab vədəsi verməsi məsum İmamlarımızın bir çox hədislərində öz əksini tapmışdır. Əziz Peyğəmbərimiz (s) bir hədisində valideynə qarşı ədəbsizliyi Allaha şərik qoşmaq, cihaddan qaçmaq və böyük günahlarla eyni cərgədə sayaraq buyurur: "Allaha şərik qoşmaq, mömin insanı günahsız öldürmək, Allah yolunda cihad və müharibədən qaçmaq və valideynə qarşı ədəbsizlik, qiyamət günü Allah yanında ən böyük günahlardandır”. ( Ət-tərğib vət-tərhib, c. 3, s. 327).
Həzrət (s) başqa bir hədisində buyurur:"Allah-taala tərəfindən valideyninə

qarşı çıxana xitab olunacaq ki, istədiyin hər bir işi gör, onsuzda səni bağışlamayacağam”. (Kənzul ümmal, 45527-ci hədis).
Yəni bu insanlar nə qədər yaxşı iş görüb görməməsindən aslı olmayaraq, cənnətin üzünü görməyəcək və Allahın rəhməti onlara şamil olmayacaq. (Əlbəttə, bu hökm dünyasını dəyişməzdən öncə öz pis öməllərindən peşiman olub, tövbə edənlərə adi olmur. Allah-taala tövbələri qəbul edəndir).Valideynə

qarşı ədəbsizlik və hörmətsizlik mövzusunda iki məsələyə də işarə edirik: 1- Valideynə qarşı hörmətsizliyin hədislərdə olan nümunələri hansılardır?
İmam Sadiq (ə) bir hədisdə buyurur:

"Ata-anaya qarşı hörmətsizliyin biri də insanın valideyninə qəzəbli və acı baxışla baxmasıdır. ( Biharul ənvar, c. 74, s. 61)
"Hər kəs öz ata-ansını narahat edə, onlara qarşı hörmətsizlik edib və onların üzünə ağ olubdur”. (Kənzul ümmal, 45537-ci hədis.)
"İsra” surəsinin 23- ayəsinin təfsirində valideynin haqqında olan hədislərdən belə nəticəyə gəlmək olur ki, ata-anaya qarşı hər növ hörmətsizlik və acı rəftar haramdır. Hətta ata-ana öz övladlarına zülm etsələr belə, onlara acı və qəzəbli baxmaq valideynin üznə ağ olmaq hesablanır. İmam Sadiq (ə) bu haqda buyurur:
" Hər kəs valideyninin ona zülm etməsinə baxmayaraq, onlara acıqlı və qəzəbli baxa, Allah onun namazlarını qəbul etməz.” (Biharul ənvar, c. 74, s 61.)

2- Yaxşılıq edib hörmətsizlikdən çəkinmək vəzifəsi təkcə müsəlman ata-anaya deyil, hətta müşrik və qeyri müsəlman valideynədə aiddir. Bu məsələ haqda Qurani-kərim buyurur:

"Biz insana ata-anasına yaxşılıq etməyi (valideyninə yaxşı baxmağı, onlarla gözəl darvranmağı) tövsiyə etdik. Anası onu çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) "Mənə və ata-anana şükür et! Axır dönüş mənədir!”
Əgər bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə! Dünya işlərində onlara gözəl keçin! Tövbə edib mənə tərəf dönənlərin yolunu tut! Sonra Mənim hüzuruma qayıdacaqsan. Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!” ( Loğman, 14-15.)

Bu ayələrdən aydın olur ki, ata-ananın müşrik və kafir olmalarına, övladı da bu yola ( şirk və küfr) çəkmələrinə baxmayaraq, övladın vəzifəsi onlara yaxşı rəftar etmədir. Şübhəsiz ki, valideyn və qeyri müsəlman olan başqaları ilə bu cür gözəl rəftar etmək onların İslam dininə meyl göstərmələrinə səbəb olar. Bu barədə tarixdən bir hadisəyə işarə etmək yerinə düşərdi:

İmam Sadiqin (ə) dövründə yaşamış, əvvələr xaçpərəst olmuş və o həzrətin vasitəsi ilə İslamı qəbul etmiş Zəkəriyya ibni İbrahim deyir: "İmam Sadiqin (ə) vasitəsi ilə İslamı qəbul edəndən sonra həzrətdən soruşdum ki, mənim ata-anam və qohumlarım xaçpərəstdirlər.Anam kordur, mən isə onunla bir yedə yaşayır və onunla bir qabda yemək yeyirəm. Bunun maneəsi varmı? Həzrət məndən soruşdu: Onlar donuz əti yeyirlər? Dedim yox, yemirlər. Donuza heç əl də vurmurlar. Həzrət buyurdu: Onlarla yemək yeməyin eybi yoxdur. Yeri gəlmişkən ananın qayğısına qal və ona qarşı mehriban ol! Əgər dünyadan getsə onu başqalarına tapşırma!”

Zəkəriyya ibni İbrahim deyir ki, Kufədən qayıdandan sonra İmamın (ə) tapşırığına əsasən anama qarşı mehribanlıq etdim. İmkan daxilində özüm onun yeməyini verir, əl üzünü və paltarlarını yuyrdum. Həmişə ona xidmət edirdim. Bir gün mənə dedi: "Oğlum! Sən bizim dinimizdə olanda indiki qədər xoşrəftar və səmimi deyildin.” Dedim: "Bizim peyğəmbərimizin (s) övladlarından biri mənə bu işi tapşırıb.” Anam dedi: "O, peyğəmbərdir?” Dedim: "Yox, peyğəmbər övladıdır. Bu tapşırıqlar da peyğəmbərin (s) tapşırıqlarıdır. O, peyğəmbər deyil, çünki bizim peyğəmbərimizdən sənra daha peyğəmbər gəlməyəcək.” Anam dedi: "Oğlum sənin dinin dinlərin ən yaxşısıdır, məni onunla tanış et!”Bundan sonra onu İslama dəvət etdim, o da qəbul etdi və müsəlman oldu. Sonra isə namazı ona öyrətdim. O, günorta, ikinti, şam və xiftən namazlarını qıldı və elə həmin gecə onun xəstəliyi şiddətləndi və dünyasını dəyişdi. O günün səhəri müsəlmanların iştirakı və İslam qanunları ilə onu dəfn etdim.”
3- Mülayimlik

Bu bəhsin əvvəlində işarə etdiyimiz "İsra” surəsinin 25-ci ayəsində Allah öz valideynimizlə sonsuz dərəcəd mülayimlik və təvazökarlıqla davranmağı tapşırır.

(İhfəz Cinahəkə) təvazökarlıq, yumşaqlıq, mülayimlik və sonsuz dərəcədə müti olmaqdır. İmam Sadiq (ə) bu ayənin izahında buyurur:
"Onlara baxdığın vaxt gözlərini rəhmət və mehribanlıqla doldur, səsini onların səsindən uca etmə, əlini əllərindən yuxarı qaldırma, qədəmlərini qədəmlərindən irəli atma! (Biharul ənvar, c. 74, s. 39-40.)O həzrət sonra bu ayə

nin izahında وَ قُل لَهُمَا قَولاً کَرِیما – "və qulləhuma qəvlən kərima" - ًbuyurur:
"Əgər onlar səni döysələr, onlara de: Allah sizi bağışlasın. (Usuli Kafi, c. 2, s. 158.)


Tarix: 04.12.2014 / 12:10 Müəllif: Aziza Baxılıb: 599 Bölmə: Maraqlı melumatlar
loading...