beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

10012 3 4 5 Nəfse-zəkiyyə [insan haqda hədislər]

"Nəfse-zəkiyyə” günahsız insan deməkdir. Hədislərdə gəlmişdir ki, nəfse-zəkiyyə zühur astanasında Nəcəfdə şəhadətə çatar. Bəziləri onun Həsən (ə), bəziləri Hüseyn (ə)-ın nəslindən olacağını güman edirlər.

ALLAH təala buyurur:
"...Yalnız səbr edənlərə mükafatları hesabsız veriləcəkdir” (Zumər surəsi 10-cu ayədən). Həm şükr edənlərdən, həm də səbr edənlərdən ol ki, həyatın nemət içərisində olsun. Hər bir halda ALLAHa həmd olsun.

Quran:
«Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları quruda və suda (münasib miniklərə) mindirdik, onlara gözəl və pak şeylərdən ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan üstün etdik.»

Peyğəmbəri (s):
«ALLAH yanında heç nə Adəm övladından hörmətli deyil.»
Soruşdular:«Ey ALLAHın Peyğəmbəri, hətta mələklər?»
Buyurdu:«Mələklər günəş və ay kimi məcburdurlar.»

İmam Səccad (ə) buyurur:
"ALLAHın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”

İmam Hüseyn (ə):
«Camaat! ALLAH-taala bəndələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyacları olmasın.» Bir nəfər dedi:«Ey ALLAHın Peyğəmbərinin oğlu! Atam-anam sənə fəda olsun, ALLAHı tanımaq nədir?»
Buyurdu:«(ALLAHı) tanımaq hər bir zəmanənin insanlarının itaəti vacib olan öz imamını tanımasıdır.»

Peyğəmbərimiz(s.a.s) buyurmuşdur:
«ALLAH Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə 7 sinif insanı Öz kölgəsi altında kölgələndirəcəkdir:
1.Ədalətli rəhbər;
2.RƏBBinə ibadət etməklə böyüyən cavan;
3.Qəlbi məscidlərə bağlı olan kişi;

4.ALLAH xatirinə bir-birini sevən, buna görə birləşən və ayrılan iki insan;
5.Gözəl və zadəgan qadın tərəfindən (zinaya) cəlb edildikdə, «mən ALLAHdan qorxuram!» deyən kişi;
6.Sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən;
7.Xəlvətdə ALLAHı yad edib göz yaşı axıdan insan.

Həzrət Əli (ə) buyurur:
"Hər kim orta həddi gözləsə, həlak olmaz.”


Tarix: 04.12.2014 / 10:53 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar