beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mütəvəkkilin nəzri

Bir dəfə Mütəvəkkil bərk xəstələnir. O nəzir edir ki, əgər sağalsa, Allah yolunda çoxlu qızıl sikkə paylayacaq. Sağaldıqdan sonra fəqih və alimləri yığıb soruşur ki, “çoxlu” hesab olmaq üçün neçə qızıl sikkə verməliyəm? Onlar müxtəlif fətvalar verirlər. Mütəvəkkil yenə məcbur olub İmam Əliyyən-Nəqi əleyhissəlama müraciət etməli olur. O Həzrət buyurur ki, “çoxlu” hesab olmaq üçün səksən üç qızıl sikkə verməlisən.
Fəqih və alimlər İmamın bu fətvasından təəccüblənib deyirlər ki, ondan soruşun, görək bu fətvanı hansı əsasa görə deyir?
Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamdan verdiyi fətvanın əsası barədə soruşduqda, o Həzrət buyurur: “Allah-taala Quranda buyurmuşdur: “Allah sizə müsləmanlara bir çox yerlərdə kömək etmişdir.” [“Tövbə” surəsi, ayə 25.] Bütün Əhli-beytimiz də buyurur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) dövründə səksən üç döyüş olmuşdur.”[Təzkirətül-xəvass, səh.360; Əl-ənsab (Əbu Səd Əbdülkərim Təmimi Səmani) c. 4, səh. 196 (Əskəri ləfzinin şərhi).


Tarix: 03.06.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar