beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Imamın Sınağı

Londondakı məscidə yeni bir imam göndərilmişdi.
Adam şəhərə getmək üçün həmişə eyni avtobusa minir və çox vaxt da eyni sürücüyə rast gəlirmiş.

Bir gün, bilet alarkən sürücü səhvən 20 qəpik çox vermiş. İmam səhvi oturub da pulunu sayarkən hiss etmişdi.

Öz-özünə "20 qəpiyi geri versəmmi sürücüyə?" deyə düşünürmüş.
Amma içindən bir səs demiş ki "çox gülünc bir pul və sürücünün umurunda deyil. Avtobus şirkəti çox pul qazanır onsuzda..
Yalnız 20 qəpik onlara bir şey etməz."
Bu pulu saxlaya bilərəm deyə düşünmüş, Allahdan gələn bir hədiyyə kimi...
Enəcəyi dayanacağa gəlincə, imam qalxmış və fikrini dəyişdirmiş, enmədən əvvəl sürücünün yanına getmiş, 20 qəpiyi geri vermiş və demiş ki:
"Pulun üstünü çox verdiniz."
Sürücü gülümsəmiş və demiş ki :
"Siz məscidin yeni imamısınız deyilmi?
Əslində uzun zamandır sizi məscidinizdə ziyarət etmək istəyirdim, islamı öyrənmək üçün. Buna görə bilərək sizə çox pul verdim. Necə reaksiya verəcəyinizi görmək istədim."
Enərkən imam artıq qıçlarını hiss etmirmiş, yerə yıxılacaqmış az qala, bir dirəyə yapışmış və özünə gəlməyə çalışmışdı.
Gözlərindən yaşlar tökülərək demiş ki:
"Allahım az daha İslamı 20 qəpiyə satırdım!. . ."


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar