beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Islamda Revayetler_13-16

13-İKİ FƏDAKAR

Mö`minlər ağası Həzrət Əli (əleyhissalam)-ın qanlı ürəyindən qopan odlu sözlər dağlar və qayaları belə lərzəyə gətirdi, amma orada olanların xəstə ürəkləri hətta az da olmuş olsa belə tərpənmədi, bir neçə nəfərdən başqa. Onlar Əli (əleyhissalam)-ın çağırışına müsbət cavab vermədilər. Həzrət xütbənin sonunda üç dəfə buyurdu:

«O kəs ki, itaət olunmur, onun rə`yi yoxdur.» Bu vaxt bir şəxs qardaşı ilə birlikdə ayağa qalxıb dedi: Ya Əmirəlmö`minin, budur mən və qardaşım sizin buyurduğunuzu qəbul edirik, necə ki, Allah Həzrət Musanın camaatına buyurmuşdu, o zaman Musa dedi:

«Pərvərdigara, mənim ixtiyarım təkcə özümə və qardaşıma aiddir.» Bizə fərman ver, and olsun Allaha, sənin əmrinlə cihad meydanına tərəf hərəkət edərik, hətta yolumuzda tikan və oddan ən böyük maneələr belə olarsa, hamısını aradan apararıq. Düşməni məğlub etmək üçün işə başlayarıq. Həzrət Əli (əleyhissalam) onların hər ikisini dua etdi.

14-SƏFƏRBƏRLİK

Həzrət Əli (əleyhissalam) Müaviyəənin ordusu Ənbar şəhərinə hücum etdiyi zaman İslam ordusunu səfərbər etmək fikirində idi. İşğalçıları qəsb etdikləri torpaqlardan qovmaqdan ötrü bütün imkanlarını işə saldı, lakin İraq camaatının vəfasızlığı Əli (əleyhissalam)-ın bu hədəfə çatmasının qarşısını aldı.

O, odlu xütbə və inqilabi çıxışdan sonra («Nəhcül-bəlağə»nin 27-ci xütbəsi) yaxın köməkçilərindən olan Harisi camaatı cihada də`vət etməyə göndərdi. Haris camaatın yanına gəlib belə fəryad etdi: «Canlarını Allaha satıb dünyanı axirətə dəyişənlər hardadır? Hər kəs bu işdə razı olsa sabah Rəhbər məhəlləsində yığılsın.» Tə`yin olunmuş gün mö`min və pak qəlbli şəxslər həmin məhəllədə yığışmışdılar, lakin onların sayı 300 nəfərə çatsaydı onların barəsində hökmüm və rə`yim olardı, ancaq indi bu barədə heç bir fərman verməyəcəyəm!

15-ƏMƏL ADAMI OLUN!

Zəhhak ibni Qeys Müaviyənin yaxın köməkçilərindən biri, eləcə də qaniçən qarınqulu və dərbar nökəri idi. Həkəmeyn macərasından və Xəvaricin məhvindən sonra Müaviyə Həzrət Əli (əleyhissalam)-ın öz ordusunu onunla müharibəyə hazırlamasından xəbər tutduqda vəhşətə düşdü. Dəməşq və ətraf camaatı Əli (əleyhissalam)-ın ordusu ilə müharibə aparmaq üçün hərəkət etməyə çağırdı. Müaviyə Zəhhak ibni Qeysi yüz dörd min nəfərlik ordusuna başçı tə`yin edib bütün ixtiyarları ona tapşıraraq hücum, qətl və qarət əmri verdi. Zəhhak öz ordusu ilə Kufəyə sarı yollandı. Yol boyunca minlərlə qətl və qarətə başladı. Sə`ləbiyyə adlı məntəqəyə yetişdikdə Məkkəyə tərəf həcc mərasimini yerinə yetirməyə gedən karvana həmlə edərək karvan camaatını talayıb azmış kimi aldı, Abdullah ibni Mə`sudun qardaşı oğlu və Peyğəmbərin səhabəsi Əmr ibni Üəysi bir dəstə öldürdü. Bu xəbər Əli (əleyhissalam)-a çatdıqda Həzrət İraq camaatının o qoşuna doğru gəlməsini tə`kid etdi. Həzrət Əli (əleyhissalam) camaatın süstlük etməsini gördükdə şəxsən özü Kufədən çıxıb Qərrəbəynə sarı yola düşdü. Hücr ibni Ədi özünün dilavər və müxlis köməkçisini çağırıb dörd min nəfər döyüşçü ilə cəbhəyə yola saldı. Hücr ibni Ədi ordu ilə hərəkət edərək Tədəmmür torpağında Zəhhakın qoşunu ilə toqquşdu. Beləliklə müharibə başlandı. Bu döyüşdə Zəhhakın ordusundan 19 nəfər öldürüldü. Hücrün qoşunundan isə iki nəfər şəhadətə yetişdi, axşam düşdükdə Zəhhak kecənin qaranlığından istifadə edərək həmin məntəqədən qaçdı. Səhər açıldıqda Hücr ibni Ədi Zəhhakın qoşunundan bir nəfəri belə görmədi. Zəhhakın qoşununun qarət və Beytüllahil-Hərəmə gedən ziyarətçilərə həmlə etmək xəbəri Əli (əleyhissalam)-a çatdıqda bir xütbə oxudu ki, həmin xütbə «Nəhcül-bəlağə»də (xütbə 29) gəlibdir. Bu xütbədə Həzrət ünsürcə süst olanları danlayıb dedi: Ey özləri bir-birinin yanında olub ürəkləri bir-birindən ayrı olanlar! Danışmaqda o qədər qaynarsınız, sanki daşları sındıracaqsınız, əmələ gəldikdə isə süstlük göstərirsiniz. Bilin ki, zəif və gücsüz adamlar zülmün qarşısını heç vaxt ala bilməzlər. Əməl adamı olun söz yox! Sizlərin işi o yerə çatıbdır ki, qələbəsi nəticəsiz, oxları kamansız olanlara bənzəyirsiniz.

«And olsun Allaha ki, sözlərinizi təsdiq etmirəm və sizin qələbənizə heç bir ümidim yoxdur.» Axı nə dərdiniz vardır, dərmanınız nədir? Onlar da (düşmənləriniz) sizin kimi adamlardır, niyə onlar dəyanətli, sizlər isə zəif olmalısınız? Niyə gərək belə olsun?!

16-HİCAZIN TANIŞ İRAQLI İTKİNİ

Doğrudan da dünya nə qədər aldadıcı və hiyləgərdir. Təlhə və Zübeyrin hər ikisi Həzrət Əli (əleyhissalam)-ı yaxşı tanıyırdılar. Onların hər ikisi Həzrət Əli (əleyhissalam)-a bey`ət edən ilk şəxslərdən idilər. Bundan əlavə Zübeyr Əli (əleyhissalam)-ın bibisi oğlu sayılırdı Zübeyrin anası Səfiyyə Əli (əleyhissalam)-ın bibisi idi. Elə buna görə də Əli (əleyhissalam) Zübeyrin dayısı oğlu idi. Lakin Cəməl müharibəsində Təlhə və Zübeyr Əlinin ordusuna qarşı çıxdılar. Buna görə də Bəsrəyə gəlib buranı işğal etdilər.

Əli (əleyhissalam) bu müharibənin olduqca sülh yolu ilə qurtarmasına sə`y göstərirdi.

Həzrət, Təlhənin tərs, Zübeyrin isə yumşaq ürəkli adam olmasını bilirdi. Məhz elə buna görə də Abdullah ibni Abbasa buyurdu: Mənim tərəfimdən get ancaq Təlhə ilə görüşmə, çünki, əgər onunla görüşmək istəsən Təlhəni buynuzları qulağının ətrafında burulmuş bir heyvan təki görəcəksən ki, həvəs atına minir və deyir sakit atdır. Sən, çalış, Zübeyrlə görüş ki, o ürəyi yumşaq, mülayim adamdır. Onu görsən mənim sifarişimi ona yetir: «Dayın oğlu deyir: Sən məni Hicazda tanıyıb İraqda itirdin nə oldu ki, ilk tanışlığı unutdun?!» Əli (əleyhissalam)-ın hədəfi höccəti tamam edib müharibəyə başlamazdan qabaq Zübeyrə hidayət yolunu göstərib ona nicat vermək idi. Zübeyr isə bu vaxt qürur adlı bir dağın uçurumunda dayanmışdı. İbni Əbil Hədid yazır: İbni Abbas Əli (əleyhissalam)-ın sifarişini Zübeyrə çatdırdı, Zübeyrin cavabı isə iki başlı idi. Belə ki, onun nə söyləməsi aydın deyildi. Sonra yazır: Zübeyr oğlu Abdullahın təhriki ilə meydana atıldı, Əli (əleyhissalam) Zübeyrin yanına gəlib Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin buyurduqlarını Zübeyrə xatırladıb dedi: «Ey Zübeyr, sən zalımsan Əli (əleyhissalam)-ın müharibəsinə gedirsən.» Zübeyr peşman olub müharibədən əl çəkdi. Meydandan qayıtdıqda Aişəni görüb dedi: «And olsun Allaha, mən hansı müharibədə olmuşamsa, yüz faiz agahlıq üzündən döyüşmüşəm, amma bu müharibədə şəkkdə qalmışam və sərgərdanam.»

Aişə dedi: Belə güman edirəm ki, Əbu Talib oğlunun qılıncından qorxdun ki, onun qılıncı daha iti və kəsicidir, əgər ondan qorxmursansa bu heç də təəccüblü deyildir. Çünki, səndən qabaq çoxları bu qılıncdan qorxub geri çəkilmişlər.

Zübeyr dedi: Heç də fikirləşdiyin kimi deyil. Mənim geri çəkilməyimin səbəbi əvvəldə dediyimdir. (yə`ni Əlinin qoşununa qarşı vuruşmaqda şübhəm vardır ki, düzdür ya yox?). Sonra Zübeyr müharibədən əl çəkib Bəsrə cəbhəsindən uzaqlaşdı.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 240 Bölmə: Maraqlı melumatlar