beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hezreti Elinin 4 Esas Suala Cavablari

Hz. Əli-nin 4 əsas suala cavablari...


Bir adam Hz.Əliyə (ə) gəldi və:
"Sənə soruşmaq istədiyim dörd sualım var" dedi.
Elm Şəhərinin Qapısı:
"Buyur, soruş!" dedi.
Adam soruşdu:
"Vacib nədir? Vacibdən daha vacib nədir?"
Hz.Əli cavab verdi:
"Tövbə etmək vacibdir. Günahları tərk etmək isə ondan daha vacibdir."
Adam soruşdu:
"Yaxın nədir? Yaxından daha yaxın nədir?"
Hz. Əli cavab verdi:"Qiyamət yaxındır. Ölüm ondan daha yaxındır."
Adam soruşdu:
"Əcaib nədir? Əcaibdən daha əcaib nədir?"
Hz.Əli cavab verdi:
"Dünya əcaibdir. Dünyanı sevmək isə ondan daha əcaibdir."
Və adam son olaraq, bu sualı soruşdu:
"Çətin nədir? Çətindən daha çətin nədir?"
Və Hz.Əli, bu son suala da, belə cavab verdi:
"Qəbir çətindir. Azuqəsiz, əməlsiz qəbirə girmək ondan daha çətindir."


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar