beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mömin1 Bəndənin şeytana Necə Səcdə Etdiyini Bilmək

Mahmud adında bir şəxs, kimsəsiz bir yerə bağlanmış, gecə-gündüz ALLAHA (c.c)
ibadət edir və heç bir günah iş etmirdi.
Bu adamı Şeytan yoldan çixarmağa
başladı. Şeytan necə olursa-olsun bu adamı
ibadətdən və duadan uzaqlaşdırmaq
istəyirdi. Çünki bu adamın etmiş
olduğu
dualarla minlərlə günah sahibinin
günahını ALLAH silirdi. Şeytan adamı aldatmaq
üçün
müxtəlif hiylələrə müraciət etdi. Lakin
heç
cür aldada bilmədi. Ən sonunda
şeytan işin
asanını tapmışdı. Çünki Mahmud, çox
ibadət edir, mütteqi, züht və təqva
sahibi
bir şəxs idi amma, alim deyildi. Yəni
dini elmləri çox bilməzdi. Ondan ötəri onu
aldatmaq asan olacaqdı. Şeytan
planını
belə tətbiq etdi: Kürəyində cübbəsi,
əlində
dəyənəyi başında sarığı, əlində təsbehi
olduğu halda dümağ saqqalıyla
şeytan,
Mahmudnın qapısını doydu. Mahmud
qapını
açdıqdan sonra, kim olub haradan gəldiyini
və nə üçün gəldiyini soruşdu. Şeytan
ona
bu
cavabı verdi: " -Mən dünya
nemətlərindən uzaq, ömürünü ALLAHa ibadətlə
keçirmək istəyən bir kimsəyəm. Bir
ALLAH dostu
tapıb özümə yoldaş əldə etmək üçün
çox
yer gəzdim, Məmləkətinə yaxınlaşdığımda , sizin adınızı eşitdim. Sizin də bütün
məqsədiniz ALLAHın razılığını
qazanmaq
olduğuna görə, məni də qəbul et
birlikdə
ibadətə davam edək, "-dedi. Şeyx Mahmud,
onun şeytan olduğunu və özünün
ayağını
sürüşdürmək üçün gəldiyini haradan
biləcəkdi. Yoldaşlığı qəbul etdi.
Birlikdə ibadətə başladılar. Aradan zaman
keçir,
Mahmud ibadət edir, yeyir, içir və digər
insanlar kimi yaşayır, lakin Şeytan
ALLAHa
ibadət edər görünür, yemir-içmir, yatmır

bütün zamanını ibadətlə kecirirdi.
Mahmud, yeni dostuna heyran
qalmışdı.
Aradan çox zaman keçmədən dözə bilməyib sorusdu: "-Ey ALLAHın saleh
qulu, sən bu mərtəbəyə necə çatdin.
Mən illərdən
bəri ibadət edərəm. ,yeyib, içməkdən
xilas
ola bilmədim. Sənsə bütün zamanını ibadətə ayıra bilirsən. Nə olar bunun
sirrini
mənə də öyrət mən də sənin kimi
olum,"
dedi. Şeytanın istədiyi olurdu.
Hiyləgərcə danışdı "-Bunun asanı var! Əvvəla
böyük
bir
günah işləyəcəksən, sonra da ona
tövbə
edəcəksən. Böyük günah işləmiş olduğundan ALLAHdan daha çox
qorxmağa
başlayacaq və beləcə mənim kimi, sən

hər cür insani xüsusiyyətlərdə n xilas olmuş olacaqsan,"- dedi. Mahmud, ne
kimi bir
günah işləməsi lazım gəldiyini
soruşdu.
Şeytan artıq bayram edirdi. Çünki
ovunu aldatmışdı. -Zina edə bilərsən, dedi.
şeyx:
"Edə bilmərəm ", dedi. Bu səfər şeytan:
"Adam öldür!" dedi. Mahmud yenə
"Onu
da edə bilmərəm" dedi. şeytan: "İçki iç"dedi. ..Mahmud, fikirləşdi. Onu bir az
yüngül görmüşdü: -Onu edə bilərəm
dedi.
Bunu eşidən Şeytan sevincindən dəli
olurdu.
Mahmud, birbaşa meyxanaya gedib bir
miqdar içki istədi. İçkini verən qadın
idi.
İçdikcə içdi və sonunda sərxoş olub
qadına
zina etməyi düşünməyə başladı. Şeytanda
Mahmudnın ürəyindəki vəsvəsəni
çoxaldırdı.. Mahmud,tamam sərxoş
olduqdan sonra meyxanaçı qadınla
zina
etdi. Bu onun üçün çox pis bir şey idi. ..Eşitsələr nə deyərlərdi. Ən yaxşısı
o
qadını öldürüb basdırmaq idi. ..Ve elə
etdi.
Qadını öldürüb meyxananın
arxasında bir yerə basdırdı. Lakin hadisə
eşidilməkdə

yayılmaqda gecikmedi. Mahmudnı
tutub
məhkəməyə çıxardılar, Qatil olduğu üçün
edam edilərək öldürülməsinə qərar
verildi.
Mahmud edam kürsüsünə çıxmış,
artıq ip
boğazına keçirildikdən sonra onu qurtaracaq heç kim yox idi. Şeytan
qarşıda
göründü. "-Bu hal nədir ey dostum,"
dedi.
Mahmud cahilliyindən hələ
qarşısındakı adamın Şeytan olduğunu başa
düşməmişdi :" -Görürsən ey ALLAHın
sevimli qulu məni qurtar" deyə
Şeytana
yalvarmağa başladı. şeytan: "Bir şərtlə
səni qurtararam. O da mənə səcdə
edəcəksən"
dedi. Mahmud : -Görürsən ip
boğazıma
keçirilmiş necə səcdə edə bilərəm,
deyincə də: -İşarə ilə səcdə edə bilərsən, dedi.
Mahmud başıyla işarə edərək səcdə
etdi

imansız olaraq öldü. Elmsiz əməl insanı
haralara apara bilir. Əgər Mahmud şəriəti
bilsəydi içki içməklə ALLAHa yaxın ola
bilməyəcəyini qavrayardı.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Maraqlı melumatlar