Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd peyğəmbər (s.a.v) haqqında yeni film çəkilir

İranlı rejisor Məcid Məcidi yeni filmində Məhəmməd peyğəmbərin həyatından bəhs edəcəyini söyləyib.

Xüsusilə “Cənnətin Uşaqları” filmi ilə məşhurlaşan rejisor Türkiyədəki bir muzeydə keçirilən mətbuat konfransında yeni filmi haqqında danışıb. O, Məhəmməd peyğəmbərin həyatından bəhs edən və 50 milyon dollarlıq büdcəsi olan filmin çəkilməsində əsas məqsədlərinin İslamın əslində necə bir din olmasınının dünyaya çatdırılması olduğunu qeyd edib.

Dünyanın İslam dini haqqında çox az şey bildiyini və bildiklərinin də çoxunun səhv olduğunu ifadə edən Məcid Məcidli konfransa bu sözləri deyib :

“Artıq dörd ildir ki, bu işlə məşğuluq və 2 il bu haqda tədqiqatlar aparmışıq. Dünyanın İslam haqqındakı fikirləri terorizmlə bağlıdı. Onlar elə düşünürlər. Mən də İslamın əslində necə bir din olduğunu göstərmək üçün belə bir film çəkmək istədim. Əvvəllər də bir çox belə film çəkilib. O filmlərdə İslama və peyğəmbərə hörmət əlaməti olaraq peyğəmbərin üzünü göstərməyiblər. Amma dində belə bir şey yoxdu ki, sadəcə üzü görünməsin. Fiziki olaraq görünəcək, surəti görünməycək. Artıq filmin yarısını çəkmişik. Bu böyük bir lahiyədir. İranda Mədinə və Məkkənin min dörd yüz il əvvəlki formasını göstərmək üçün bir plato da qurulub. Bunu biz təkbaşımıza etmədik, bu platoyu İslam Hollywood-u edib. Başqa rejisorlar da istifadə edə bilərlər.”

Sonda rejissor filmin çəkilişlərinin 2 ilə tamamlanacağını və adının çox güman ki, “Məhəmməd” olacağını ” qeyd edib.

Allahumme salli ala Muhammedin ve ala ali Muhammed


Tarix: 07.06.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar
loading...