beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Islamda Hekayeler 4-8

BEŞİNCİ HEKAYƏ



HƏDƏF MÜKAFATI



36-cı hicri ilinin cəmadiul əvvəl ayında Bəsrədəki Cəməl müharibəsi Həzrət Əli əleyhissalamın xilafəti zamanında baş verən ilk müharibə idi. Bu müharibə "nakisinlər” adlanırdı (yəni beyət pozanlar, Təlhə, Zübeyr və Ayəşə onlra başçılıq edirdi). Bu müharibədə Əli əleyhissalamın qoşunundan 5 min, düşmən qoşunundan isə 13 min nəfər qətlə yetirildi.

Həzrət Əli əleyhissalamın başçılıq etdiyi qoşun döyüşdə qalib gələrək müharibəni sona yetirdi. Bu vaxt Əli əleyhissalamın döyüşdə iştirak etmiş yaxın cəhabəsindən biri həzrətin hüzuruna gəlib dedi:

-Əgər qardaşım da bizimlə birgə bu döyüşdə iştirak edib qələbəmizi görsəydi və öz iştirakına görə mükafat və iftixara nail olsaydı nə yaxşı olardı?!

Həzrət Əli əleyhissalam buyurdu:

-Sənin qardaşın da bizim fikrimizlə şərik olub tərəfdarlarımızdandırmı?

O, dedi:

-Bəli.

İmam buyurdu:

-Məhz elə buna görə onun da bizimlə bu döyüşdə vuruşub iştirak etdiyini zənn et.

Sonra əlavə etdi:

-Hətta dünyaya gəlməmiş hələ atalarının sülb və analarının bətnində olan bu müharibədə bizimlə olmayıb lakin bizimlə eyni əqidə də olan uşaqlar elə bizimlədirlər. Onlar tezliklə doğularaq din və iman vasitəsilə tərbiyə alacaqlar.

Ən maraqlısı budur ki, tarixdə yuxarıdakı mövzuya oxşar başqa bir dastan aşağıdakı şəkildə gəlibdir:

Əbül Əsvəd və Hübabə Örninin söylədiklərinə əsasən Cəməl müharibəsi qurtardıqdan sonra Həzrət Əli əleyhissalam Bəsrənin beytül-malı qızıl və gümüş ilə dolu bir evə daxil olub, bir neçə dəfə belə buyurdu:

-Özgələrini aldat.

Daha sonra həmin qənimətin əshab və döyüşçülər arasında bölünərək hər birinə 500 dirhəm verilməsini əmr etdi. O Həzrətin özü də həmin o qənimətdən 500 dirhəm götürmüşdü ki, bu zaman döyüşdə iştirak etməyənlərdən biri yoldan təngənəfəs çataraq Həzrətə dedi:

-Ey möminlər ağası! Müharibədə sizinlə iştirak etməsəm də qəlbim sizinlə idi, mümkünsə mənə də qənimətlərdən bir şey ver.

İmam Əli əleyhissalam özünə heç çatacaq payı ona bağışlayaraq özünə bir şey götürmədi.

Bütünlüklə 12 min dirhəmdən ibarət olan beytül-malın altı min arasında bölünəcək pulun miqdarını və adamların sayını qabaqcadan bilirdi.

Beləliklə, Həzrət Əli əleyhissalamın haqq tərəfdarı eləcə də bu niyyətdə olanlara ehtiram bəsləməsinin şahidi oluruq. O Həzrət döyüşdə iştirak etməyənləri nəinki rədd etmir, əksinə mehribanlıqla qəbul edib buyurur:

-Siz döyüşçülərin payında şərik olmaqla yanaşı, həm də onların sırasında durursunuz.




6-HAQSIZLARIN TƏNQİDİ

Təlhə, Zübeyr və s... Bəsrədə Əli (əleyhissalam)-ın əleyhinə Cəməl müharibəsinə başladıqda Bəsrə camaatı da kor-koranə ara qızışdıranların ardınca düşərək haqsızların tərəfində durdular. Döyüş bitdikdən sonra İmam Əli (əleyhissalam) şəhər əhalisini şiddətli tənqid atəşinə tutaraq onları üzləşəcəkləri böyük bəlalardan uzaq olmağa çağırırdı. Çünki Bəsrə camaatı öz fikirlərini şeytana ov etdilər və eləcə də öz qüdrət və imkanlarını dünya pərəst günahkarların ixtiyarında qoydular. Həzrət onlara buyurdu: «Siz filan arvadın qoşunu, eləcə də heyvan (dəvə) dalınca düşənlər idiniz, sizin əxalqınız pozğun, əhdinizsə tapdanmış yalan idi.

Allah əzabının göy və yerdən sizlərin üstünə enməsini sanki hiss edir və hamınızın məhv olmasını görürəm.

And olsun Allaha, ölkənizi su basar, təkcə məscidin ən uca zirvəsi gəminin köksü, yaxud üzü üstə düşmüş dəvə quşu kimi görsənər. Ölkənizin torpağı torpaqlar içində ən gərəksizdir, suya hər yerdən yaxın və asimana uzaqsınız. Cəmiyyətinizin 90 faizi günaha yuvarlanıblar. Günaha mürtəkib olanlar ondan uzaqlaşsalar, Allahın əfvi ilə qarşılaşarlar.»(«Nəhcül-bəlağə», 13 və 14-cü xütbələrdən iqtibas olunub)

İmam Əli (əleyhissalam) öz qısa cümlə və fikirləri ilə bütün cahillərə aldanmamalarına xəbərdarlıq etdi: Qarına nökər olub zalım və müfsidlərə uymayın yoxsa Bəsrə camaatı kimi qəddar əyyaşların ovuna çevrilib puç olarsınız İbni Abbasın söylədiyinə əsasən.

7-BEYTÜL-MALIN QAYTARILMASI

Həzrət Əli (əleyhissalam) xilafətə keçdiyinin ikinci günü beytül- malın bərabər surətdə bölünməsi əmrini verdi.

Camaat İmamın əmrinə əsasən öz paylarını almaqdan ötrü o Həzrətin yanına gəldi. Bu zaman Əli (əleyhissalam) xəzinədarı Übeydullah ibni Əbi Rafeə buyurdu:

Əvvəl mühacirləri çağır və hər birinə üç dinar ver. Mühacirlərdən sonra camaatdan hər kəs hazır oldu irq ya rəngindən (dərisindən) asılı olmayaraq onlara da o puldan həmin miqdarda payla.

Səhl ibni Hunəyfə və onun keçmiş nökərinə də özünə verilmiş pul qədəri bağışlanmışdı. O, bu işə e`tiraz edərək dedi: Bu adam dünən mənim nökərim idi bu gün isə onu azad etmişəm ona da mənimlə bərabər verirsən.

Həzrət Əli (əleyhissalam) buyurdu: «Ona nə veririksə sənə də onu veririk.»

Həzrət hamıya ayrı seçkilik salmadan üç dinar payladı, Təlhə, Zübeyr, Abdullah ibni Ömər, Səid ibni As, Mərvan və Qüreyşlərdən bir hissəsi və s... kimi adamlar bu işə öz e`tirazlarını bildirdilər, çünki onlar Osmanın xilafəti dövründə zahiri görkəm və şəxsiyyətləri hesabına başqalarından neçə qat artıq pul alırdılar.(«Nəhcül-bəlağə»nin şərhi (İbni Əbil-Hədid), 7-ci cild, səh.35-38-dən iqtibas olunub.)

Lakin bunlar bu gün bu proqramı görməklə anladılar ki, gec-tez öz növbələri də çatacaq və Əli (əleyhissalam) müsəlmanların qəsb edilmiş bütün mallarını şər`i yolla özlərinə qaytaracaqdır. Buna görə də çox narahat olub bir-birlərilə pıçıldaşmağa başladılar.

Onlar Əli (əleyhissalam)-a qarşı sui-qəsd hazırlamağa başladılar. Nəticədə onların müxalifət zəmzəməsi Həzrətin qulağına çatır və İmam Əli (əleyhissalam) onlara və belələrinin simasında haqq-ədalət müxalifələrinə üzünü tutaraq belə buyurdu:

«And olsun Allaha, Osmanın beytül-maldan bağışladığı pul ilə arvad alıb hətta öz kəbinlərinə xərcləsələr belə, ya onunla kənizlər almış olsalar da onları tapsam öz həqiqi sahiblərinə qaytaracağam.» Ədalət qapısı həmişə açıqdır. Ədalətin icrasından təngə gəlib boğaza yığılanlara qarşı olunacaq zülm onlara daha dar görsənəcəkdir.»(«Nəhcül-bəlağə», 15-ci xütbə. Bu mətləbin oxşarı 77-ci xütbədə də gəlmişdir.)

İbni Əbil Hədid yazır: Son cümlənin təfsiri budur: «Əgər ədalət əsasında görülən tədbir hakimin aciz qalıb sıxılmasına səbəb olarsa zülm əsasında görüləcək işlərin tədbiri onun üçün daha da darısqaldır, çünki zülm yalnız alınmaması fikrindədir.» Yenə də yazır. Beytül-malın ədalətlə paylanması xəbəri Əmr-Asa çatdıqda Müaviyəyə aşağıdakı məzmunda bir məktub yazdı:

Nə qədər güc və qüdrətin varsa, işə sal, çünki Əbu Talibin oğlu Osmanın xilafəti müddətində yığıdığın bütün sərvətləri əlindən alacaq.

Bəli, Həzrət Əli (əleyhissalam) öz və`dinə əsasən toplanmış malların geri alınaraq əsl sahiblərinə çatdırılması işinə başladı. Zəkat yolu ilə yığılmış və Osmanın evində gizlənmiş bütün dəvələr və s.. başqa mallar Həzrətin əmri ilə beytül-mala qaytarılıb ədalətlə bölündü.

Bu ədalətli bölgü bir çox tayfa və qəbilə başçılarının, eləcə də keçmiş rejimin adlı-sanlı şəxsiyyətlərinin e`tiraz və ixtilafına çevrildi ki, bu da Cəməl müharibəsinin başlanmasına, çoxlu müxalifətlərə, əzab-əziyyətlərə, maneə yaranmasına səbəb oldu, lakin, Əli (əleyhissalam) heç nəyə e`tina etmədən öz yolunu davam etdirdi.(«Bax: «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh. 269, 270.)




8-TANIŞLIQ YOX, YALNIZ QANUNÇULUQ!

Bütün Mədinədə Əli (əleyhissalam)-ın ədalətli xilafəti və rəhbərliyi barəsində söz-söhbət gəzirdi.

Ötən gün bütün müsəlmanlar izdihama gələrək Həzrət Əli (əleyhissalam)-ın hüzuruna toplaşıb bey`ət etdilər. Belə ki, var qüvvələri ilə Əli (əleyhissalam) xəttində hərəkət edərək İmamın (əleyhissalam) rəhbərliyi sayəsində onun hökuməti üçün dəyərli dayağa çevrilsinlər. Mədinə məscidi heç vaxt bu qədər cəmiyyət görməmişdi. Belə böyük şövq ilə Əli (əleyhissalam)-ın hüzuruna gəlib onu Peyğəmbərin xəlifəsi adı altında qəbul etdilər.

Müsəlmanlar kiçik ya böyük dəstələrə bölünərək müxtəlif yerlərdə xilafətin keçmiş və hazırkı şivələri barədə söhbətləşirdilər. Bə`zisi İmam Əli (əleyhissalam)-ın keçmiş xəlifələrin yolunu davam etdirəcəyini, digər bir qurp isə tamamilə bunun əksini fikirləşirdi. Başqa bir hissəsi də deyirdilər: İslam qanunları ilə uyğun gələn məsələlərdə onların yolunu davam etdirəcəkdir, yoxsa...

Həmin günün səhəri Həzrətin xilafətinin 2-ci günü Həzrətin o camaat arasında danışacağından hamı xəbərdar idi və bilmirdilər ki, o Həzrət proqram və planların vermiş və yəqin ki, bu barədə bir qətnamə də qəbul edəcəkdi. Elə buna görə də izdihamlı bir cəmiyyət məscidun-Nəbidə yığışmışdı.

Vaxt sür`ətlə ötür, gözlənilən dəqiqə yavaş-yavaş yaxınlaşırdı. Qəbilə və tayfa başçıları, eləcə də xain xadimlər və bitərəflərin hərəsi məscidin bir küncünə yığışaraq intizarda idilər. Hamısı fikirləşirdi ki, doğrusu, görəsən Əlinin hökuməti bizə nisbətən necə olacaqdır? Amma pərhizkar mö`minlərin hamısı bilirdilər ki, Əli (əleyhissalam) Peyğəmbərin buyurduğu kimi «Əli (əleyhissalam) haqq ilə, haqq isə Əli ilədir.»

Bu vaxt mö`minlər ağası Həzrət Əli (əleyhissalam) minbərə qalxdı.(Bu gün 35-ci hicri ilinin 25 zilhəccə və cümə günü idi. Bə`zi rəvayətlərdə isə Novruz bayramı gününə təsadüf etdiyi qeyd olunur.)

Allaha həmd və səna etdikdən sonra belə buyurdu:

«Nə deyirəmsə, dediyim sözün üstündə də varam və şəxsən özüm onun icrasına zaminəm. Belə deyildir ki, söz deyəm, lakin əməl etməyəm, ötüb keçənlərin pozğun rəftarı, eləcə də pis əməllərinin cəzasından, nəsihət və ibrət götürənləri və Allaha etdikləri ibadət onları yersiz rəftarlardan qoruyar.»

İmam Əli (əleyhissalam) öz söhbətində keçmişlərin rəftar və getdikləri yola qırmızı xətt çəkib yığışanlara o yollara yuvarlanmamalarını nəsihət etdi. Həzrət qətiyyətlə e`lan etdi ki; «mən əməl sahibiyəm, nəinki söz.» Daha sonra Həzrət belə buyurdu:

«And olsun Allah tərəfindən haqq mə`bus edilmiş İslam Peyğəmbərinə! Sizlər bundan sonra müxtəlif çətinliklə üzləşib imtahan olacaqsınız. Qazan daxilindəki, qaynar xörək kimi qaynayaraq alt-üst olacaqsınız. Belə ki, yuxarıdakılar aşağıda və aşağıdakı adamlar isə yuxarıda qərar tutacaqlar. O, adamlar ki, doğrudan da İslam inkişafına təkan verib iş başına gələcəklər. «Hiylə və fırıldaqla iş başına gələnlər geri qaytarılacaqdır.» Daha sonra buyurdu: «Camaat üç hissəyə bölünübdür:

1-Sür`ətlə haqqa tərəf irəliləyənlər; onlar nicat tapacaqlar.

2-Ağır-ağır haqqa tərəf irəliləyənlər; o adamlar üçün də nicat ümidi var.

3-Haqq yolunda təqsir və səhlənkarlıq göstərənlər; onlar cəhənnəm odunda yanacaqlar.

«Sağa və sola meyl göstərmək itirmək (zəlalət) deməkdir. Amma düz yalnız orta yoldur ki, Qur`an və sünnət bu yola sifariş edir.»

Beləliklə, rəhbərlikdə Həzrətin tutduğu haqq yolu tapıb və bildilər ki, bu yol Qur`an və sünnət əsasındadır, belə ki, bu yolda qohumbazlıq, tanışlıq, yoldaşlıq və dostluq işə gəlmir. Əksinə işlər ədalət üzrə planlaşdırılmışdı.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 421 Bölmə: Maraqlı melumatlar