beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NOVRUZ

Bu araşdırmamamız heç kimi narahat etməməlidir. Çünki hər kəsin vicdan azadlığı, söz azadlığı, bu və ya digər şəkildə bilməyənlərə həqiqəti çatdırmaq azadlığı vardır. Biz əlbəttə bu qədər camaatımızın və gənclərimizin mövqeyini dəyişmək üçün bu araşdırmanı ortaya qoymuruq. Bu vəziyyətdən Allaha sığınırıq. Yaxud da kiməsə sən bu bayramı qeyd etmə də demirik. Bu məsələdə heç bir qadağa qoymaq və ya kimisə bu işdə məcbur etmək haqsızlıqdır. Bu həm dövlətimizin qayda-qanunlarına, həmdə ümumi cəmiyyətimizin hələ öz adət-ənənələrinə yenicə qayıtdığı bir şəraitdə qarşısının kəsilməsi kimi də başa düşülə bilər. Belə səhv anlaşılmaqdan da Allaha sığınırıq. Çünki biz hamımız bu cəmiyyətin içərisindəyik və istər-istəməz bu adət-ənənələri ən azından yaşayırıq. Hamımızın evimizdə hər yaz bu təmtəraqllı bayram qeyd olunur, özümüz də bişirilən şirniyyatlardan yeyirik. Biz sadəcə bu məsələdə islam şəriətinin ortaya qoyduğu məsələləri oxucularımızın diqqətinə çatdırırıq.
Allahın peyğəmbərindən (s.ə.s) gələn bu hədisə görə bayramlarında kafirlərə bənzəmək, doğru deyildir.
(( مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ.)) [ رواه أبو داود وأحمد ]
"Hər kim bir camaata (qövmə, xalqa) bənzəyərsə (Onların geyindiyi kimi geyinərsə, getdiyi yolla gedərsə və onların işlətdiyi əməlləri işlədərsə) o da onlardandır” (Ebu Davud ve Ahmed).
Bunun mənası odur ki, müsəlmanlar kafirlərə aid hər şeydə onlara bənzəməkdən və onların bu davranışlarını xoş görməkdən uzaq durmalıdırlar. Çüki mükəmməl əxlaqa sahib olan bir müsəlman istər-istəməz onların arasına qarışsa nə qədər özünü gözləsə də yenə əxlaqını itirə bilər. Belə hallara düşməkdən də Allaha sığınırıq. Abdullah bin Əmrdən – Allah ondan və atasından razı olsun – rəvayət olunur ki, o belə demişdir:
(( مَنْ مَرَّ بِبِلاَدِ الْأَعَاجَمِ ( وفي رواية: بَنَى بِأَرْضِ الْمُشْرِكِينَ) فَصَنَعَ نَيْرُوزَهُمْ وَمِهْرَجَانَهُمْ، وَتَشَبَّهَ بِهِمْ حَتَّى يَمُوتَ وَهُوَ كَذَلِكَ، حُشِرَ مَعَهُمْ يَوْم الْقِيَامَة.)) [ عون المعبود وفيض القدير]
"Hər kim, Əcəmlərin (qeyri ərəblərin) ölkəsindən keçərsə (başqa bir rəvayətdə): Müşriklərin (Allaha şərik qoşanların) torpağında olarsa, onlarla bərabər onların Novruz və Mehrəcan bayramlarını qeyd edərsə və ölənə qədər bu halda qalaraq onlara benzəyərsə, qiyamət günü onlarla bərabər həşr olunar”
Çünki bayramlar, şəriət və yol qəbilindəndir. Necə ki, Allah təala bu barədə belə buyurmuşdur: "Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən)” (əl-Həcc, 67).
Eyni ilə qiblə, namaz, oruc kimi…
Bu səbəbdən də alimlər deyirlər ki, cahillərin bayramlarında iştirak etməklə onların izlədikləri digər yollarla getməyin heç bir fərqi yoxdur. Yəni əgər sən müsəlmansansa və bu bayramın cahiliyyə bayramı olduğunu bilirsənsə, bundan uzaqlaşmalısan, çünki bayramda cahillərlə olmaq, digər işlərində də cahillərlə olmaq kimidir. Onların bayramlarının hamısını qəbul etmək onların küfrünü qəbul etmək deməkdir. Onların bayramlarından bir qismini qəbul etmək, onların küfrlərindən bir qismini qəbul etmək deməkdir. Bayramlar, şəriətləri (dinləri) bir-birindən ayıran ən açıq xüsusiyyətlərdən və ən açıq simvollardan biridir.
Etirazlara və fikirlərinizə hər zaman qapım açıqdır. Həqiqətən də mən sadəcə şəriətin bu barədə olan məsələlərini qeyd etdim. Etirazdan və mənə mənfi reaksiya verməyinizdən əvvəl çox xahiş edərdim ki, siz açıb bu məsələ barədə bütün islam alimlərinin kitablarını oxuyasınız. Görəcəksiniz ki, bunları nə araşdırmaçı, nə də mən havadan və nəfsimizdən yazmamışıq. Bunlar şəriətin qayda-qanunlarıdır. O dünyəvi qayda-qanunlara bənzəmir. Çünki şəriətdə oğrunun əli kəsilir, zinakar daş-qalaq olunub öldürülür. Qazi Xan demişdir: "Əgər bir şəxs, başqa bir gündə almadığı bir şeyi sadəcə Novruz bayramı günü satın alarsa, kafirlərin ucaltıqları və təzim etdikləri kimi, bu günü ucaltmaq və ona təzim göstərmək istəyərsə, bu təqdirdə kafir olar. Yox əgər ucaltmaq və ona təzim göstərmək üçün deyil, sadəcə əylənmək üçün satın alarsa, bu təqdirdə kafir olmaz. Əgər Novruz günü bir insana bir şey hədiyyə edər və bununla o günü ucaltmaq üçün ona təzim göstərmək istəməz, bunu sadəcə insanların bir adəti olduğu üçün edərsə, bu təqdirdə kafir olmaz. Müsəlmanın, bu gündən əvvəl və ya sonra etmədiyi bir şeyi bu gündə də etməməsi və kafirlərə bənzəməkdən qaçması lazımdır”. Maliki alimlərindən İbn Qasım deyir: "Müsəlmanın, bir xristianın bayram günündə ona bir şey hədiyyə etməsini çirkin görmüş və bu davranışın, onun bayramını ucaltmaq, ona təzim göstərmək və onun küfrünə kömək etmək kimi görmüşdür. Eyni şəkildə bayramlarında kafirlərə bənzəmək doğru deyildir…”
Dəyərli alim Abdullah bin Cibrin (Allah onu qorusun) bu barədə belə deyir:
"Xristianların yeni il bayramı ilə (Məcusilərin) Novruz və Mehrəcan bayramları kimi bidət olan bayramları qeyd etmək doğru deyildir. Eyni şəkildə müsəlmanların, dində sonradan çıxardıqları Rəbü-əl-Əvvəl, Mövlüd-i Nəbəvi (Peyğəmbərin ad günü), Rəcəb ayında olan Merac Bayramını qeyd etmələri də doğru deyildir. Xristianların yeni il gecəsi və yaxud müşriklərin öz bayramları üçün hazırladıqları yeməkdən yemək doğru deyildir. Bu bayramları təbrik etmək üçün etdikləri dəvətə getmək də doğru deyildir. Çünki onların dəvətinə cavab vermək, onları bu məsələyə təşviq etmək, onları cəsarətləndirmək və onların bu bidətlərini qəbul etmək deməkdir. Eyni zamanda bu davranış camaatdan savadı olmayan kimsələrin aldadılmalarına və kafirlərin bu hərəkət və davranışlarında hansısa bir təhlükənin olmadığına inanmalarına səbəb olar. Allah təala ən axşı biləndir” (el-Lu’lu’ul-Məkîn Min Fətâvâ İbn-i Cibrîn; s: 27).
Hazırladığım bu məqaləni www.islamhouse.com saytından əlavələr edərək tərcümə etmişəm. Məqalənin əsl müəllifi Mühəmməd Saleh əl-Münəccid, türk-dilinə çevirən Muhammed Şahin, tədqiq edən Ümmü Nəbildir.

Məqaləni oxuyanda islamdan anlayışı az olanlarda çaşqaınlıq və şübhə yaranmasın. Çünki bu məqalə tam qəlbi ilə Allaha bağlı olanlar üçün hazırlanmışdır. Əsas izah olunmağa çaılşılır ki, tam qəlbi ilə Allaha və Onun peyğəmbərinə (s.ə.s) bağlı olanlar diqqətli olsunlar və qondrama bayramlara aldanmasınlar. Doğru yola müvəffəq edən Allahdır. Allah təala bizi doğru yoluna müvəffəq etsin. Amin!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 211 Bölmə: Maraqlı melumatlar