beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TƏRIFIN ICAZƏ VERILIDIYI HALLAR

Şübhə yoxdur ki, mədh etmək mədh olunanın fitnəyə düşməsinə səbəb olursa və ya həddən artıq tərifə yol verilirsə, bu, dilin törətdiyi bəlalardandır. Lakin, belə olmadığı təqdirdə bunu bəla adlandırmaq olmaz.

Imam Buxari (Allah ona rəhmət etsin!) “Kim qardaşını olduğu keyfiyyətinə görə tərifləyərsə” fəslində qeyd edir ki, Səd belə rəvayət edir: “Peyğəmbərin yalnız Əbdürrəhman bin Salam barəsində yer üzərində gəzən Cənnət əhli deməsini eşitdim”. (Buxari 7/87 “Fəthul Bari” 10/478)
Musa bin Uqbə Salimdən, o da atasından rəvayət edir ki, rəsulullah (s) paltarın aşağı düşməsini qeyd edəndə Əbu Bəkr dedi: “Ey Allahın rəsulu, mənim də paltarımın bir tərəfi aşağı düşür”. Rəsulullah (s) ona cavab verdi: “Sən onlardan deyilsən”. (Buxari 7/87 “Fəthul Bari” 10/478)
Bu icazə verilən istisna haldır. Lakin, tərifləyərkən mübaliğəyə, fitnəyə və təriflənən insanda özünü bəyənmə kimi hisslərin yaranmasına yol vermək olmaz. Göründüyü kimi, peyğəmbər (s) səhabələri (Allah onlardan razı olsun!) gözəl sifətlərlə vəsf etmişdir. Peyğəmbər (s) Ömər barəsində deyir: “Şeytan sənin getdiyin yolda səninlə qarşılaşmaz. Ancaq, sənin getdiyin yoldan başqa yolda görükə bilər”. (Müslim 4/1864 Buxari “Fəthul Bari” 10/479) Kim başqasını bilindiyi xüsusiyyətinə görə tərifləyərsə, bu qadağan olunmuşlar siyahısına daxil edilməz. Peyğəmbər (s) şerlərdə, xütbələrdə və söhbətlərdə mədh edilmişdir. Və onu mədh edənlərin sifətinə torpaq atılmamışdır. (“Fəthul Bari” 10/477)
Imam Nəvəvi (Allah ona rəhmət etsin!) deyir ki, iki səhih kitabda üzə tərif etmək barəsində çoxlu hədislər varid olub. Alimlər qeyd edirlər ki, onun qadağan olunmuş forması mübaliğəyə, fitnəyə və təriflənən insanda özünü bəyənmə kimi hisslərin yaranmasına yol verməkdir. Lakin, təqvası, əqli və mərifəti belə bir fitnənin yaranmasına rəvac vermədiyi insanların üzünə tərif demək qadağan deyil. Əksinə, onun xeyir əməllərə fəallığını və davamlılığını artırır. Allah ən gözəl biləndir. (İmam Nəvəvinin “Müslimin şərhi” 18/126)


Tarix: 17.04.2013 / 12:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar