beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duanin Ehemiyeti Xais Olunur Hami Oxusun

Bir nəfər gecələri qalxar, Allaha əl açıb Ona dua edərdi. Bir gün şeytan ona deyir ki: “Ey Allahı çox anan insan! Bütün gecə “Allah” deyib çağırırsan. Heç sənə: “Buyur” deyən varmı? Sənə cavab verən varmı? Nə vaxta qədər belə dua edəcəksən?
Həmin şəxsin qəlbi qırılır, başını yastığa qoyub yuxuya gedir. Yuxuda ona belə deyirlər: “Özünə gəl, oyan. Niyə dua və zikri tərk etdin? Niyə usandın?”
O: “Buyur” deyə bir cavabın gəlmədi. Qapından qovulmaqdan qorxuram”, -deyir
Səs: “Sənin “Allah” deməyin, Onun “Buyur” deməsidir. Sənin yalvarışın Allahın sənin ruhuna ilham verməsi, önünü açmasıdır. Səndəki qorxu, sevgi, ümid Allah lütfünün kəməndidir. Sənin hər “Ya Rəbbim!” deyişinin altında Allahın “Buyur” deməsi var.
Qafilin, cahilin canı, ruhu bu duadan uzaqdır. Çünki ona “Ya Rəbbim!” deməyə icazə verilməmişdir. Onun ağzına da, dilinə də qıfıl vurulub. Müşkülə düşəndə ağlayıb sızlamasın deyə Allah ona dərd, ağrı, qəm, kədər verməyib.
Bunu başa düş ki, Allaha dua etməyə, Onu çağırmağa səbəb olan dərd dünya səltənətindən daha yaxşıdır.
Dərdsiz dua soyuqdur...


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar