Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

IMAN" Nemetdir

Bir gün Şeyxin yanına bir kişi gəlir.Ancaq çox qəmgin idi.Şeyx onu görüb soruşur: -Xeyir ola qardaşım, nəsə qəmgin adama oxşayırsan. -Doğrudur. -Nə olub? Dərdin var yəqin.Söylə qardaş, nədir dərdin? -Dünya problemləri.Biri qurtarıb, o biri başlayır. Şeyx gülümsəyərək: -Çətinliyin dünya problemidirsə, fikir etmə- buyurdu.Və izah etdi: -Çünki ALLAH təalə bizə elə bir nemət vermişdir ki, dünyanın bütün çətinlikləri toplanıb üstümüzə gəlsə, bu nemət qarşısında toz kimi havaya sovrular.Necə ki, əlinə ağcaqanad qonarkən əlini qaldırırsan o da uçub gedir.Bax, dünyanın bütün çətinlikləri bu nemət qarşısında ağcaqanadın misalındadır. -Yaxşı bəs o hansı nemətdir? -“İman” nemətidir- buyurdu. “İmandan daha qiymətli bir nemət yoxdur” və ola bilməz. -Kişi gülümsündü.Şeyxin sözlərindən məmnun olmuşdur. Aradan günlər keçdi.Bir gün bu kimsə yenə gələrək buyurdu: -Şeyx, sizə bir sual vermək üçün gəldim. -Buyur qardaşım, maraqlandığın nədir? -Görəsən ALLAH məni sevirmi? -Bəs sən necə?ALLAH təaləni sevirsənmi? -VALLAHi ki, sevirəm. -Sən ALLAHı sevirsənsə, demək ALLAH da səni sevir. Kişi sevincək halda: -Doğrudurmu?ALLAH təalə də məni sevirmi? -Əlbəttə, ALLAH səni sevməsə sən onu necə sevə bilərsən ki? ALLAH təalə özünə olan sevgini ancaq sevdiyi bəndəsinin qəlbinə daxil edər..Ali


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...