beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müvafiq Cinsə Meylin Yaranmasına Səbəb Nədir?ISLAM

Günümüzdəki aktual mövzulardan biri də məhz elə budur. Statistik göstəricilərə görə dünyada istər kişilərdə, istərsə də qadınlarda müvafiq cinsə meylin artımı qeydə alınıb. Əlbətdə bu göstəricilər məntəqə və regionlara görə fərqlidir. Amma hər halda bu artım gözə çarpacaq qədər çoxdur. Görəsən müvafiq cinsə meylin səbəbi nədir?
Suala cavab verməzdən öncə müqəddimə olaraq bir neçə nöqtəni qeyd etməyi zəruri hesab edirəm.
Allah təala təbii şəkildə insanların əks cinsə qarşı meylini onların instinktlərində (qərizələrində) yerləşdirmişdir. Allah bu təbii ehtiyacın ödənməsi, inkişaf və həmrəylik yolunda kiçik cəmiyyətlərin (ailə) qurulmasından ötrü insanların cismi və ruhi vəhdətinin amili olan evliliyi təyin etmişdir. İnsanın ilk yarandığı gündən başlayaraq, Adəm və Həvva bu barədə heç bir təlim görmədən belə bu ehtiyaca agah idilər və ona uyğun yaşayırdılar.
Lakin instinktin (qərizənin) düzgün yönləndirilməməsi insanda həqiqi ehtiyacın ödənməməsi və yalançı ehtiyaclara meylin yaranmasına səbəb olur. Bu inhirafın kökləri bəzən fəqr, evlilik üçün şərait və imkanın olmamasından qaynaqlanır. Bəzən də vaxtından öncəki yetkinlik və şəhvət hissinə həddən artıq diqqət, əks cinsin nümayəndələrindən incimə və nifrətə səbəb olur. Şəhvətin oyanmasında ictimai vəziyyətin böyük rolu olmasına baxmayaraq, şəhvət, insanın həddində və ancaq ehtiyac üzündən istifadəsinə diqqət etməsi gərəkdiyi hislərdən biridir.
Qurani-Kərim adi yoldan sapdıracaq və şəhvət hissini təhrik edəcək əməllərdən çəkindirərək bəzi cəmiyyətlərin məv olma səbəblərini məhz elə bu işlərdə görmüşdür. Məhrəmlərlə zina, qeyri şəri cinsi əlaqələr, həmcins bazlıq və s. Quranın məzəmmət etdiyi işlərdəndir. Lakin Quran bunların müqabilində bu hissi öz təbii məcrasında saxlayaraq onu düzgün yönləndirməni mədh edir.
Cinsi pozğunluq, cinsi rəftarlar silsiləsinin ən vüsətli və geniş yayılanıdır.Tarix boyu bu pozğunluqların əksəriyyəti bir çox cəmiyyətlərdə müşahidə olunaraq onları cəhalətə sürükləmişdir.Tam mənada cinsi pozğunluq hesab olunan sadizm (partnyora verilən əziyyət vastəsi ilə cinsi əlaqədən həzz olama), mazaxizm (özünə əziyyət verməklə cinsi əlaqədən həzz alma), striptiz, heyvanlarla yaxınlıq, uşaqlarla yaxınlıq, homoseksuallıq, lezbiyanlıq və s. barədə danışmağa söz çoxdur. Bunların hamısı ayrı-ayrı mövzulardır,ancaq yuxarıda qeyd olunan sualı nəzərə alıb bunu da qeyd etmək istərdim ki, qadının eyni cinsə meyli və onunla cinsi əlaqədə olması hədislər və fighi terminalogiyada "Müsahiqə", kişinin kişiyə meyli və cinsi əlaqsəi isə "Ləvat" adlanır. Fəqihlərin məhşur fətvalarına əsasən müsahiqə edən qadınların cəzası 100 şallaq zərbəzsidir, bəziləri hətda onlara ölüm hökmünü də vermişdir. Həmçinin din, ləvat edən kişilər üçün də ağır cəzalar tətbiq etmiş və onların öldürülərək edam olunmasını qeyd etmişdir. Rəvayətlərdə bu işlər Allaha küfr etmək kimi qiymətləndirilir.
Müqəddiməni qeyd etdikdən sonra əsl cavabı keçək. Bu problemin müxtəlif səbəbləri ola bilər. İslamın bəyəndiyi və həya üzünüdən əks cinslərlə münasibədən qaçaraq fasilə sxlamaq, əks cinslə şəri və qeyri şəri əlaqə və ünsiyyət arasında fərq qoymamq gələcəkdə evlilik zamanı düzgün seçim etəməklə nəticələnə bilər ki, bu da getdikcə əks cinşə qarşı meylin azalmasına gətirib çıxara bilər. Bu pisoxoji sarsıntı psixoloqa müraciət, onun məsləhətləri və təfəkkür vastəsi ilə öz həllini tapa bilər.
Bəzən hormonal problem və onların qeyri təbii ifrazatı insanda belə hisslərin yaranmasına səbəb ola bilər. Belə olan halda müayinə olunaraq hormonal proplemnin aradan qaldırılması mümkündür. Ancaq bəzilərinin xəcalət çəkməsi və həkimə mraciət etməməsi nəticəsində çox rahatlıqla müalicə oluna biləcək xəstəlik böyük fəsadlar törətməyə başlayır. Aşağıda qeyd edəcəklərimin belə problemlə üzləşənlər üçün faydalı olacağını güman edirəm.
1. Əks cinsə nifrət və eyni cinsiə meylin olması barədə yaranan fikirlərə etina etməmək. "Mənim əks cinsə heç bir meylim yoxdur və özümdə bu meyli icad edə bilmirəm" və s. bu qəbildən olan fikrləri özünə təlqin etməmək.
2. Bəzən şeytan adamı günaha vadar etmək üçün bu sahədən hücum edir. Bəzi günahlardan çəkinməyin yeganə yolu müxalif cinsə üz çevirmək olduğu vəsvəsəsini edir. Bu cür təfəkkür şeytanın hazırladığı bu günah vadisinə addımın müqəddiməsidir. Belə fikirlərlə qəti şəkildə mübarizə aparılmalı, və bunların şeytani olması barədə zərrə qədər də tərəddüddə qalmaq lazım deyil.
3. Əks və eyni cinsin nümayəndələrinin şəkllərinə şəhvətlə baxılmasın. Əxlaqsız və təhrik edici filməri , səhnələri seyr etmək də getdikcə bu işlərə meylin yaranmasına səbəb olur. Baxışlarınıza diqqət edin ki sizləri günaha sürükləməsin.
4. Həmcinsbazlıq təfəkkürünü təlqin edən hər növ əlaqə və rabitədən, məkanlardan və s. uzaq durmaq.
5.Bu işin böyük günah olması, onun pisliyini bəyan edən yazıların və hədslərin mütaliəsi, həmçinin alimlərin və Allah dostalının belə şəxslər barədə nəzərlərini mütaliə edərək təfəkkür etmək, belə fikirlərin yaranmamaısnda daha təsirlidir. Belə təfəkkürlərin yaranmasına səbəblərdə biri də mənəvi böhran olduğundan ruha lazimi mənəvi qidanı vermək.

Qaynaq:
Qurani-Kərim


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar