beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çoxlu And Içmək Barədə

Tez-tez rastlaşdığımız böyük and, lakin bu andı heçə sayaraq, unutqan insanların unutqanlığı. İnsan tələsərək və nə dediyinin fərqinə varmadan Uca Allahın adını utanmadan, yalanı Onun yaratdığı qulunun qarşısında doğru qəbul etsin deyə, Allahın adını dilinə gətirərək yalandan and içərək Böyük Yaradana qarşı müharibəyə qalxmış olur. İmam Sadiq (ə) belə buyurmuşdur: "Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır”.


Pak və müqəddəs Allaha and içmək qadağandır. Bu barədə Quran bizlərə açıqlama göstərir: "Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir”.

Yalandan and içmək olmaz. Çalışmaq lazımdır yalan and içməkdən insan çəkinsin. Bəziləri yalandan and içməyə vərdiş edib və sanki onu kimsə asacaq. Bu səbəbdən tez-tez and içməyə adət etmişdir. Uşaqların, körpələrin böyüklərdən öyrəndiyi səhv fikirlərdən də biri məhz budur. Onların da Allaha and içərək danışmaları, çox sıxıcı və ürək ağrıdandır. Allah Təala buyurmuşdur: "Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm. Hətta məcburi olaraq yalandan and içmək özündən sonra qalan övladlarınıza yoxsulluq gətirər

Allahdan qeyrisinə and içmək barədə

Allahdan qeyrisinə and içmək olmaz. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Uca Allah atanıza and içməyi qadağan edir. Kim and içirsə ya Allaha and içsin, ya da sussun”.

Çoxlu and içmək barədə

Çoxlu and içən şəxs qəlbində Allahı lazımınca ucaltmır. Məhz buna görə çolxu and içmək bəyənilmir. Uca Allah buyurur: "Andlarınızı qoruyun!”.
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "And içmək malı tez satılan edər, lakin bərəkətini aparar”. Salman əl-Farisi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Allah üç adamı (Qiyamət günü) nə danışdırar, nə də təmizə çıxarar və onları üzücü əzab gözləyir. Zinakar qoca, lovğa-lovğa danışan kasıb və Allaha and içmədən heç nə almamaqla və Allaha and içmədən heç nə satmamaqla ticarətini özünə ilah edən adam”


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar