beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**HeR_SeHeR**

Safi Həzrətləri bir səhər
namazdan sonra evinə
dönərkən yolda birinə rast
gəlir.
Adam əvvəl salam verir yaxşı
dilək və duadan sonra da
"xeyirli səhərlər" deyib
soruşur, necə sabahladınız?
Həzrət necə sabahladığını
belə izah edir:
8 dənə şeyin məndən
istəndiyini düşünərək
səhərlədim!:
Adam təəccüblənir: Kim
sizdən 8 dənə şey istəyə
bilər? Həzrət təbəssüm
edərək məsələni açır: Bax
məndən hər səhər kimlər
nələr istəyirlər deyir və izah
edir:
1. Rəbbim məndən fərzimi
istəyir
2. Rəsulullah məndən
sünnəsini istəyir
3. Ailə, uşaq gündəlik xərcini
istəyir
4. Nəfs özünə tabe olmağımı
istəyir
5. Şeytan arxasından
getməyimi istəyir
6. Kiramen katibin mələkləri
yaxşı şey yazdırmağımı
istəyir
7. Keçən günlər qocalmağımı
istəyir
8. Son olaraq da Həzrəti
Əzrayıl hazır olmağımı istəyir
Bax mən bütün bu istəklərin
həmsöhbəti olaraq
sabahlamış oluram. Hər səhər
bu suallar cavab gözləyir.
Həzrəti Safini dinləyən adam
düşünməyə başlayır.
Bir neçə saniyə düşündükdən
sonra soruşur:Bu saydığın
şeylər yalnız səndənmi
istənilir yoxsa məndən də
istənilirmi? Həzrət
gülümsəyir və deyir :
Orasını mən deyə bilmərəm
sən düşün !......
Adam başını aşağı əyir və
davam edir:
Məgər hər səhər məndən
nələr istenirmiş xəbərim yox
imiş.
Mən də düşünməliyəm
bunları!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar