beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**PuL_HeR_WeY_DeYiL**

Bir gün Allahın Rəsulu,
sevimli peyğəmbərimiz
Məhəmməd (s.ə.s) ümmətini,
möminləri bir yerə yığaraq,
gözəl dinimiz haqda insalara
danışırdı. İmanlı insanlar
sakitcə oturub, çox diqqətlə
Onu (s.ə.s) dinləyirdilər ki,
birdən qapı açılır və içəri bir
kasıb ixtiyar daxil olur. Onun
pal-paltarına baxanda çox
kasıb olduğu görsənirdi.
Gecikdiyini görən kasıb,
sakitcə boş yer axtarmağa
başladı. Bu zaman şəhərin ən
tanınmış zəngin bir adamın
yanında boş yer olduğunu
görür və ora tərəf gedir.
Bunu görən zəngin ağız-
burnunu əyərək, pal-paltarını
özünə tərəf çəkir və narazı
şəkildə dodaqları ilə nəsə də
deyir. Kasıb pis olsa da ona
fikir vermir və sıxılaraq bir
küncdə oturur. Bunu görən
Peyğəmbər (s.ə.s) çox sakit
bir tərzdə deyir:
- “Sən qorxdun ki, onun
kasıblığı sənə də keçər?”
Zəngin bu sualı gözləmirdi,
özünü itirərək deyir:
- “Xeyir, ey Allahın Rəsulu”.
- “Bəs onda qorxdun ki, sənin
var-dövlətinin yarısı onun
olar?”
- “Xeyir, Ya Peyğəmbər”.
- “Hə, bildim, onda sən
qorxdun ki, birdən o sənin
paltarını çirkləndirər,
düzdü?”
- “Xeyir, Ya Allahın Rəsulu”.
- “Bəs onda sən niyə bu
hərəkəti etdin?”
Bu zaman zəngin öz
hərəkətindən utanaraq dedi:
- “Ya Rəsulallah, mən Allahın
iznilə öz var-dövlətimin
yarısını ona verəcəm, bəlkə
onda Allah məni bağışlayar”.
Sıxılıb bir kənarda oturan
kasıb birdən bunu eşidərək,
mərd deyir:
- “Yox, yox!!! Səni bu cür
edən və insanlığını
unutduran pulların mənə
lazım deyil. Həyatda puldan
dəyərli insanlıqdır.”
Zəngin başını aşağı salır və
etdiyi hərkətə görə peşman
olur. Bu zaman
Peyğəmbərimiz Məhəmməd
(s.e.s) əlini kasıbın çiyninə
qoyaraq deyir:
- “Sən bizim aramızda olan
insanların içərisində ən
zənginisən”.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar