Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəhrəman Ana Ilə Mübariz Oğulun Həyatı Adlı Hekayə

Qəhrəman ana ilə mübariz oğulun həyat hekayəsi


Qarlı bir fevral ayı idi. Soyuq və şaxtanın olmasına baxmayaraq, bir yuva sevinclə dolmuşdu. Bir qadının ürəyi fərəhli idi, o müqəddəs ana adını qazanmışdı. Hər zaman mübariz olsun deyə, oğlunun adını Mübariz qoydu ana…Axı nə biləydi ki, həyat onun oğlunu hey mübarizəyə çəkəcək.
Oğul böyüdü, adı kimi mübariz bir igid oldu. İndi ana həm sevincli, həm də kədərli idi. Kədərlənirdi çünki oğlunu bir müddət görə bilməyəcəkdi. Amma sevinci kədərindən üstün idi. Axı oğlu vətəni qorumağa gedirdi.

Oğul getdi və şərəflə hərbi xidmətini başa vurub geri döndü. Ancaq bu dönüş ona rahatçılıq vermirdi.Xalqına edilən haqsızlığa göz yummaq onun üçün heç də asan deyildi. İçində alovlanan bir od vardı, bir qisas hissi vardı. Bir namus davası yanırdı onun böyük qəlbində.

Nəhayət, oğul qərara gəldi, o geri dönəcək və ömrünü vətəni, xalqı yolunda sərf edəcəkdi. Amma oğulun bu istəyi ananın qəlbinə qara bir xal salmışdı. Oğul isə artıq qərarını vermişdi. O yenidən hərbi xidmətə yollandı. Bu son görüş idi ana ilə oğul arasında, bu son ayrılıq idi…
Oğul öz istəyi ilə sərhədə gedib düşmənlə üz-üzə durdu.Və çox keçmədi ki, düşündüyü planı həyata keçirməyə basladı. 2 saat təkbaşına düşmən ordusu ilə döyüşüb, qarşı tərəfə ciddi itkilər verən igid oğul ömrünün ən şirin çağında, 22 yaşında şərəfli şəhidlik adına qovusur…
Ana isə oğul yolu gözləyirdi. Və bir gün ana oğuldan məktub aldı:

“Canim atam və anam…məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim ücün dua edin.Vətənimin dar günündə ürəyim dözmür. Allah xatirinə bunu eləməliyəm, ən azından ürəyim sərinlik tapar.Allah böyükdur.VƏTƏN SAG OLSUN!Haqqınızı halal edin…… oğlunuz İbrahimov Mübariz”

Ana bu sətirləri oxuduqca bağrı yanırdı, gözlərinə qaranlıq çökdü, dizləri yerə gəldi. Artıq oğlu yaşamırdı, şərəflə şəhid olmuşdu. Ən sonda ana ayağa qalxdı və dodaqlarından sadəcə iki sözcük çıxdı: “VƏTƏN SAG OLSUN”

Ürəyi yanan ananın qəlbində bir sevinc var idi. Mərd oğlu qəhramancasına həlak olmuş və xalqının qəhramanına çevrilmişdi. O,artıq bir qəhraman anası idi.

İndi bu qəhraman ana oğul məzarına həsrət qalıb. Gör necə bir talehdi ki, oğul məzarını görəndə sevinəcəkmiş, ANA!
Nigaran olma, AY ANA! Oğlun artıq cənnətdədir,oğlun ölümlərin ən şərəflisini yaşadı. Bir gün oğlun ÜÇ RƏNGLİ BAYRAĞA bükülüb İGİDLƏR ÇİYNİNDƏ GƏLƏCƏK GÖRÜŞÜNƏ. Ana, sən bir oğul itirdin, əvəzində min oğul qazandın, sənin adı kimi mübariz olan balan heç zaman unutulmayacaq, qanı yerdə qalmayacaq.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar
loading...