beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KİÇİK GÖRÜNƏN BÖYÜK ƏMƏLLƏR

İslamda bir sıra əməllər vardır ki, görünüşcə çox asan və kiçikdir. Amma onları etməyə müvəffəq olanlar deyə bilərəm ki çox azdır. Zahirde kiçik görünən bu əməllər, gerçəkdə savab baxımından olduqca böyükdür. Zikr edəcəyimiz bu kiçik əməlləri etməyə səy göstərən və müvəffəq olanlar, qətiliklə böyük əməlləri də etməyə müvəffəq ola bilərlər. Amma zahirde kiçik görünən bu əməlləri əhəmiyyət verməyən və ya onları etmədə səhlənkarlıq edən kəslər, böyük əməlləri etmədə də aciz qalmaqdadılar.
Burada zahirde kiçik görünən, lakin gerçəkdə çox böyük olan əməllərdən bir neçəSI yazılıb. Ümid edilər ki, bunları etməkdə cəhd göstərər və axirətimiz üçün azuqə yığmış olarıq inşaallah.
Hər gün Oruc tutmaq, Gecələri İbadətlə Keçirmək və Hər gün Quran xətmetmek
İmam Sadiq (a.s)dan belə nəql edilmişdir: "Bir gün Rəsulullah (s)səhabələrinə buyurdu ki: "Hansınız bütün günləri oruc tutursunuz?"
Səlman: "Mən ya Rəsulullah!" dedi.
Rəsulullah (s): "Hansınız (hər vaxt üçün) gecəni ibadətlə keçirirsiniz?" deyə buyurdu.
Səlman: "Mən ya Rəsulullah" dedi.
Yenə Rəsulullah (s): "Hansınız Quranı hər gün xətm edirsiniz?" deyə soruşdu.
Səlman: "Mən ya Rəsulullah" dedi.
Səhabələrdən biri bu vəziyyətdən narahat olub belə dedi: "Ya Rəsulullah! Səlman Fars irqindən olan biridir, biz Qureyş camaatına fəxr etmək istəyir. Siz; "Hansınız bütün günləri oruc tutursunuz?" deyə buyurdunuz, Səlman mən dedi; halbuki o çoxu günlər yemək yeyir. Siz; "Hansınız gecəni ibadətlə keçirirsiniz?" buyurdunuz, Səlman mən dedi; halbuki o çoxu gecələri yatır. Siz; "Hansınız hər gün Quranı xətm edirsiniz?" buyurdunuz, Səlman yenə mən dedi; halbuki o, günlərin çoxunu susmaqla keçirir."
Rəsulullah (s)onun bu sözü üzərinə belə buyurdular: "Vazgeç (sus) ey filanı, mən sizə Həkim Loğman kimiyəm (hər sözümün bir hikməti vardır). Onun özündən soruşsan səni aydınladar."
Deyərkən o adam Səlmana belə dedi: "Ya Eba Abdullah! (Hz. Səlmanın ləqəbi) Sən bütün günləri oruclu keçirdiyinimi sanırsan?"
Səlman: "Bəli" dedi.
O adam: "Mən sənin çoxu günlər yemək yediyini görürəm" dedi.
Səlman cavabında belə dedi: "Sandığın şəkildə deyil, mən hər ay üç gün oruc tuturam, Allahu-Təala buyurmuşdur ki: "Kim bir yaxşılıqla gəlirsə, etdiyinin on misli mükafat veriləcək." Mən Şaban ayını Ramazan ayına muttasil edirəm. Bax bu səvm'ud- dəhr (bütün günlərin orucu) mənasındadır.
Daha sonra o adam belə dedi: "Sən bütün gecəni ibadətlə keçirdiyinimi sanırsan?"
Səlman: "Bəli" dedi.
O adam: "Sən gecənin çoxunu yatırsan."
Səlman cavab olaraq belə dedi: "Sənin düşündüyün kimi deyil. Lakin mən həbibim Rəsulullah (s.a.a)ın belə buyurduğunu duy/eşitdim: "Kim dəstəmazlı yatırsa, bütün gecəni ibadətlə keçirmiş kimidir." Görə əleyh mən daim dəstəmazlı yatıram."
Sonra o adam: "Sən hər gün Quranı xətm etdiyinimi sanırsan?" dedi.
Səlman: "Bəli" dedi.
O adam: "Halbuki sən günlərin çoxu vaxtlarında susursan"
Səlman cavab olaraq belə dedi: "Sənin sandığın kimi deyil. Amma mən həbibim Rəsulullahdan (s.a.a) Hz. Əliyə belə buyurduğunu eşitdim: "Ya Əbə'l Həsən! (Hz. Əlinin ləqəbi) Sənin məsəlin ümmətim arasında "Qulhu vallahu əhəd" (İxlas surəsi) kimidir. Kim onu bir dəfə oxusa, Quranın üçdə birini oxumuşdur; kim onu iki dəfə oxusa, Quranın üçdə ikisini oxumuşdur; kim onu üç dəfə oxusa, Quranı xətm etmiş kimidir."
Daha sonra Rəsulullah (s) belə buyurdular: "Ya Əli! Kim səni diliylə sevsə, imanın üçdə biri kamil olar. Kim səni dili və ürəyiylə sevər əliylə də köməkdə olsa, imanı kamil olar."
Rəsulullah (s) daha sonra sözlərinin davamında belə buyurdu: "Ya Əli! Məni haqq olaraq məbus edən (peyğəmbər seçən) Allaha and olsun ki, əgər yer üzünün əhli səni səmanın əhli kimi sevsəydi, qətiliklə heç bir kimsə cəhənnəm atəşiylə əzab edilməzdi."
Daha sonra cənabı Səlman sözündən nəticə alaraq belə dedi: "Mən hər gün "Qulhu vullahu əhəd" (İxlas) surəsini üç dəfə oxuyuram." Bu vaxt o adam ağızı daşla bağlanılmışcasına ayağa qalxdı (və çıxıb getdi).
Adı çəkilən hədisdən bir neçə nəticə əldə etmək mümkündür:
1- İxlas surəsi, Quranın üçdə biridir.
2- Bəzi əməllər zahirde kiçik də görünsə Allah qatında böyükdür və tam bir dəyərə malikdir.
3- Hz. Əli (a.s)ın sevgisi imanı kamil edəndir. Allah Təala bu məsələyə Quranı Kərimdə toxunmuşdur; Qədir-Xumda bu ayəni dinin kamil və nemətin tamamlanması ünvanıyla Rəsulullaha nazil etmişdir: "Bu gün dininizi kamil etdim, sizə verdiyim nemətimi tamamladım və İslamı sizə din olaraq verib buna razı oldum"

HƏR GECƏ QURAN XƏTM ETMEK, BÜTÜN PEYĞƏMBƏRLƏRI ŞƏFAƏTÇI ETMƏK, MÖMINLƏRI RAZI ETMƏK, HƏCC VƏ ÜMRƏ ETMƏK

Hz. Fatimə (ə.s) belə nəql etmişdir: "Bir gün Rəsulullah (s), yatmaq üçün yatağı sərmiş olduğum halda yanıma gəldi və belə buyurdu: "Ey Fatimə, bu dörd şeyi etmədikcə yatma:
Quranı xətm etmek,
Peyğəmbərləri şəfaətçi etmək,
möminləri razı etmək,
Həcc və ümrə etmək."
Rəsulullah (s)bunları buyurub namaza qoyuldu, namazını bitirənə qədər səbr etdim. Ya Rəsulullah! Dörd şey etməyi mənə əmr etdin, halbuki onları bu halda etməyə qadir deyiləm dedim. Rəsulullah (s) gülümsəyərək belə buyurdular:
"İxlas� surəsini üç dəfə oxuduqda, Quranı xətm etmiş kimi olarsan;
Mənə və məndən əvvəlki Peyğəmbərlərə salavat gətirdiyində qiyamət günü sənin şəfaətçin olarıq;
Möminlərə bağışlama dilədiyində hamısı səndən razı olar;
"Subhanəllahi vəlhəmdu lilləhi vəla ilahə illəllahu vallahu əkbər" dediyində isə Həcc və Ümrə etmiş (kimi) olarsan."

SALAVAT GƏTIRMƏK

Zəhməti az olub faydası çox olan əməllərdən biri də Peyğəmbər və Əhli Beytinə salavat gətirməkdir. Allah Təalanın özü və mələkləri Peyğəmbərə və Əhli Beytinə salavat gətirib möminlərə də Əhzab surəsinin 56-cı ayəsində bu əməli etməyi əmr etmişdir. Hədislərdə də olduqca bu əməlin əhəmiyyətindən danışılıb. O hədislərdən bir neçəsinin tərcüməsi aşağıdakılardı:
1- Salavat Gətirmək Günahların Bağışlanılmasına Səbəb olar
İmam Rza (ə) bu mövzuda belə buyurmuşdur: "Günahların kəffarəsinə gücü çatmayan kimsə Məhəmməd və Ali Məhəmmədə çox salavat gətirsin. Çünki salavat günahları yox edər."
2- Salavat Duanın Razılığa Çatması Üçün Maneələrin Qalxmasına Səbəb olar
Hz. Əli (ə) belə buyurmuşdur: "Hər dua, Məhəmməd və Ali Məhəmmədə salavat gətirmədikcə göydən (razılığa çatmaqdan) maneə törədilmiş olar."
3- Salavat Gətirmək Ehtiyacların Qarşılanmasına Səbəb olar
İmam Sadiq (ə) belə buyurmuşdur ki: "Kim, Məhəmməd və Ali Məhəmmədə yüz dəfə salavat gətirsə, yüz ehtiyacı, otuzu dünya ehtiyacı olmaq üzrə qəbul olar."
4- Salavat Yazmanın Mükafatı
Rəsulullah (s) buyurmuşdur ki: "Kim bir yazısında mənə salavat yazarsa, adım o yazıda olduğu müddətcə mələklər davamlı olaraq ona bağışlama diləyərlər."
5- Salavatsız Sözün Bərəkəti Yoxdur
Rəsulullah (s) buyurmuşdur ki: "Allahın adı xatırlanmadan və mənə salavat gətirilmədən başlanılan hər söz, bərəkətsizdir."
6- Salavat Gətirmək Peyğəmbərə Yaxın Olmağa Səbəb olar
Rəsulullah (s) buyurmuşdur ki: "Qiyamət günü insanların mənə ən yaxın olanı, mənə ən çox salavat gətirənidir."

ƏHLI BEYTƏ SEVGI BƏSLƏMƏK

Peyğəmbər (s) uzun bir hədisdə belə buyurmuşdur:
"Bilin ki, kim Əlini Sevsə, məni sevmişdir, kim məni sevsə Allah Təala ondan razı olar, Allah Təala kimdən razı olsa onu cənnətə aparar. Bilin ki kim Əlini sevsə, Kövsərdən su içmədikcə, Tuba ağacından meyvə yemədikcə və cənnətdəki yerini görmədikcə dünyadan ayrılmaz.
Bilin ki kim Əlini sevsə, cənnətin Səkkiz qapısı onun üzünə açılar və sorğu sualsız istədiyi qapıdan cənnətə girər. Kim Əlini sevsə, Allahı Təala əməl dəftərini sağ əlinə verər və Peyğəmbərlərin hesabı kimi onu hesaba çəkər. Bilin ki kim Əlini sevsə, Allahı Təala can verməsini ona asanlaşdırar və qəlbini cənnət bağçalarından biri edər.
Bilin ki kim Əlini sevsə, Allahı Təala ona, bədənində olan damarlarının sayı qədər Huri verər, ailəsindən olan səksən adama şəfaət edər və bədənindəki hər tük sayı qədər ona hurilər və cənnətdə bir şəhər verilər.
Bilin ki kim Əlini sevsə, Allahı Təala, ölüm mələyini Peyğəmbərlərə göndərdiyi kimi ona göndərər, İnkir və Minkirin qorxusunu ondan uzaq edər, üzünü ağ (nurlu) edər və şəhidlər şahı Həmzə ilə birgə olar.
Bilin ki kim Əlini sevsə, qiyamət günü padşahlıq tacı başına qoyular və kəramət paltarı ona geydirilər.
Bilin ki kim Əlini sevsə, siratdan (ildırım kimi) keçər, əzabdan amanda qalar, ona bir hesab dəftəri açılmaz, tərəzi qurulmaz və ona, hesabsız olaraq cənnətə gir deyilər.
Bilin ki kim Ali Məhəmmədi (s) sevsə, hesab, mizan və siratda güvən içində olar.
Bilin ki kim Ali Məhəmməd (s) sevgisi üzərinə ölsə, cənnətdə peyğəmbərlərlə birlikdə olması üçün onun zamini olaram.
Bilin ki kim Ali Məhəmmədin düşmənliyi üzrə ölsə, cənnət qoxusunu hiss etməyəcək."

Zikr edilən bu hədisdə gözə dəyən sözlərdən biri də budur ki, Əli b. Əbi Talibı (ə) sevənlər, can verdiklərində Allahın lütfü ilə ölüm mələyi (Əzrail) şəfqətlə ruhlarını alar. Bu, Allahı Təalanın gizli lütflərindən yalnız biridir. Bu mövzunun izahı üçün Bihar'ul-Ənvər'də nəql olunan bu hadisə diqqət yetirək:
Hz. İbrahim (ə) bir mələklə söhbət edib ona "Sən kimsən?" deyə soruşdu. Mələk cavabında: "Mən ölüm mələyiyəm" dedi. Hz. İbrahim (ə): "Görəsən möminlərin ruhunu aldığın zamandakı şəklinə girib onu mənə göstərə bilərsənmi?" dedi. Mələk cavabında: "Bəli, üzünü məndən çevir" dedi. Bunun üzərine Hz. İbrahim üzünü ondan çevirdi. Sonra onu gözəl simalı, gözəl paltarlı, gözəl və xoş qoxulu bir gənc olaraq gördü. Hz. İbrahim (ə) ona belə dedi: "Ey ölüm mələyi! Əgər sənin gözəl simandan başqa bir şey möminə çatmazsada bu ona yetər!"
Hz. İbrahim (ə) daha sonra mələyə belə dedi: "Pis adamın ruhunu aldığın vaxtdakı şəklə girib onu mənə göstərə bilərsənmi?" Mələk; "Görməyə qüdrətin olmaz" dedi. Hz. İbrahim; "Qorxusu yoxdur" dedi. Bunun üzərinə mələk; "Elə isə üzünü məndən çevir"dedi.
Sonra Hz. İbrahim (ə) onu tükləri qalxmış, pis qoxulu, qara paltarlı, ağızından və burnundan atəş və tüstü çıxan qara bir gənc olaraq gördü. Hz. İbrahim (ə) bu vəziyyəti görüncə huşunu itirib düşdü. Daha sonra ayıldı və ölüm mələyi də ilk şəklinə döndü. Hz. İbrahim (ə) belə dedi: "Ey ölüm mələyi! Əgər zalım adam, bundan başqa bir şey görməsədə bu ona yetər!"
Açıqdır ki, birini sevən kimsə, ona uyğun gəlməyə, onun etdiklərini etməyə, hətta onun sevdiyi və ya sevmədiyi şeylərə diqqət göstərməyə çalışar. Amma əgər yalnız dildə sevirəm desə belə bir sevginin ona çox faydası olmaz. Əsl sevgi ürəkdə olandır, ürəkdə olduğunda əmələ də əks olunmaqdadır. Allah Təala buyurur ki: "(Ey Məhəmməd!) De ki: Əgər Allahı sevirsinizsə, mənə uyun."
İmam Məhəmməd Baqir (ə) buyurub: "Allaha üsyan edən, ONU tanımamışdır"

Sevdiyini söyləyər, üsyan edərsən ONA
Əcaib bir işdir bu, and olsun ki canına
Sevgin gerçək olsaydı, itaət edərdin ONA
Çünki aşiq maşuqun, sözündən çıxmaz əsla.

Bunu da əlavə edək ki, Əhli Beytə sevmək, açıqlandığı üzrə həqiqi mənadakı sevginin xüsusiyyətlərini daşımasa da, mütləq insana faydası vardır. Lakin bu fayda fərq etməkdədir. Bu mövzuda bu rəvayəti nəql etməklə kifayətlənirik:
"Yusuf adında bir Xristian, İmam Əli Nəqi (ə)dan bir çox kəramət görür. İmam (ə); "Ey Yusuf! İslamı seçmək üçün kafi miqdarda dəlil görmədinmi?" deyə soruşur.
Yusuf cavab olaraq: "Kifayət qədər dəlil gördüm" deyir.
İmam (ə) onun bu sözü üzərinə belə buyurur:
"Əfsus! Sən Müsəlman olmayacaqsan, amma sənin oğulun İshak Müsəlman və Şiə olacaq. Ey Yusuf! Xalq zənn edir ki, sizin bizə qarşı olan sevgi və dostluğunuzun bir faydası yoxdur. Allaha and olsun ki, onların zənn etdikləri kimi deyil. Kimin bizə qarşı sevgisi olsa, istər Müsəlman olsun istər qeyri Müsəlman faydasını mütləq görəcək."


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 399 Bölmə: Maraqlı melumatlar