Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər Şeyi Tərk Et, Elə Gəl Bizə...

Hər kim fəqirlik dünyasına girmək istəyirsə,əvvəla dünyanın dörddə birini tərk etsin,
Hər kim fəqirliyin sirrini anlamaq və orada gəzmək istəyirsə,dünyanın yarısını tərk etsin,
Hər kim Məhəmmədə yaraşan fəqirliyi istəyirsə,bütün dünyanı tərk edib buraxsın.



Hər kim Məhəmmədin kamillik dərəcəsinə yetişmək istəsə,dünya və axirəti tərk etsin ki,nəticədə
Allaha yüksələ bilsin və xalis bir qul kimi uca Allah üçün Allahdan başqa şeyləri tərk etsin.
Məhz o vaxt dünya,axirət və onların işində nə varsa, hamısı belə pak bir qula fəda olur.



Əgər əbədiyyət istəyirsənsə,dünyanı;
Liqa (Allahı görmək) istəyirsənsə,axirəti burax.
Əgər Allahı istəyirsənsə,dünyanı da,axirəti də,
Bütün kövnü məkanı da burax;
Elə gəl bizə.



Yenə gəl, nə olursan ol, istər kafir, istər oda sitayiş et, istər bütə,
istər yüz dəfə tövbə etmiş ol, istər yüz dəfə pozmuş ol tövbəni,
ümidsizlik qapısı deyil bu qapı,
necəsən, elə gəl !!!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 37 Bölmə: Maraqlı melumatlar
loading...