beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**ALLaHi_NeCe_GoRe_BiLeRiK??**

Qurani-kərim buyurur;
“Gözlər Onu görməz. Lakin O,
bütün gözləri görür. O,
bağışlayan və
mehribandır.” (Ənam, 103)
Məhz elə buna görə də, Bəni-
İsrail qövmünün bəhanə
axtaran baş bilənləri Musa
(ə)-a Allahı görmək
istədiklərini bildirdilər. Və
ondan Allahı onlara
göstərməsini tələb etdilər;
“Əgər Allahı aşkar olaraq
görməsək, sənə iman
gətirməyəcəyik!” (Bəqərə,
55) Musa (ə) onları Tur
dağına apardı və onların
tələblərini Allaha söylədi.
Allah-təala isə onlara belə
cavab verdi: “Əsla (heç vaxt)
məni görə bilməyəcəksən! O
dağa bax. Əgər o, yerində
salim qalarsa, sən də, məni
görəcəksən. Sonra Rəbbi
dağa təcəlli edib, onu yerlə-
yeksan etdi. Musa bayılıb
yerə düşdü. O, özünə
gələrkən dedi: “Ey Tanrım,
Sən gözlə görülməkdən uzaq
və paksan! Sənə tərəf
qayıtdım (tövbə etdim). Mən
iman gətirənlərin
ilkiyəm.” (Əraf, 143).
Bizim etiqadımıza əsasən,
əgər bəzi ayələrdə və İslami
rəvayətlərdə “Allahı
görməkdən” söhbət olunursa
da, bundan məqsəd Allah-
təalanı batini gözlə
görməkdir. Onu qəlbən
“görüb” dərk etməkdir. “Bir
nəfər Həzrət Əli (ə)-dan
soruşdu: “Ey möminlərin
ağası, söylə görüm, həç öz
Allahını görmüsənmi?” İmam
Əli (ə) belə cavab verdi:
“Görmədiyim varlığamı
ibadət edim?" (Yəni mən
görmədiyim varlığa ibadət
etmərəm!) Sonra isə
buyurdu: “Əsla Onu gözlər
görməz, müşahidə edə
bilməz. Amma qəlblər Onu
iman gözü ilə dərk
edər.” (“Nəhcul-bəlağə”, 179-
cu xütbə). Biz inanırıq ki,
məxluqatın xüsusiyyətlərini
(məkan, zaman, cismiyyət,
gözlə görülmək, forma,
quruluş və s.) Allaha nisbət
vermək, bir daha Onu düzgün
tanımadığımızdan xəbər
verir. Və bu iş bir növ şirk
sayılır. O, bütün varlıqlardan
və onlara nisbət verilən
sifətlərdən uca və pakdır.
Heç bir varlıq Ona
bənzəməyir. O, bənzərsiz bir
xaliqdir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar