beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanım Fatimeyi-Zəhra (s.ə.)-nın Mübarək Adları

Xanım Fatimə (s.ə)- nın fəzilətlərini özündə əks edən bir neçə adlar vardır ki, O Həzrətə həmin adlarla müraciət etmişdilər. Bu adların ən məşhurları aşağdakılardır.

Fatimə - bu mübarək adı ona ALLAH-Təala seçmişdir. Mənası isə Onu sevənləri ALLAH Cəhənnəm odundan qoruyar - məntiqinə işarədir.
Zəhra - mənası parlaq deməkdir. Belə ki, Xanıma (s.ə) mehrabda ibadətlə məşğul olan zaman Onun nuru səma əhlinə işıq saçırdı.
Siddiqə - Xanım Fatimə (s.ə)-a həyatı boyu bir dəfə olsun belə yalan danışmadığı üçün ona bu ləqəb verilmişdir. Yəni doğrudanışan mənasını verir
Tahirə - mənası pal deməkdir. Təthir adı ilə məşhur olan Əzhab surəsinin 33- cü ayəsi O Həzrətə şamil olduğu üçün bu ləqəb Ona verilmişdir.
Zəkiyyə - mənası saf mənəviyyat sahibi olan deməkdir.
Raziyə - mənası razı qalan deməkdir. ALLAH-təalanın qəzavü-qədərindən daima razı olduğu üçün bu mübarək ləqəb Ona verilmişdir.
Mərziyyə - mənası razı edilən deməkdir. Belə ki, ALLAH-təala Qiyamət günü Ona şəfaət etmək hüququ verməsi ilə onu razı edəcək.
Mühəddisə - mənası danışan, söbət edən deməkdir. Bu ləqəb mələklərlə söbət etdiyinə görə Xanıma verilmişdir.
Haura - mənası huri deməkdir. Necə ki, Peyğəmbər (s) buyurmuşdur: O, insan hurisidir. Başqa bir rəyə görə bu adın Xanıma verilməsi Onun nütfəsinin Cənnət meyvələrindən vücuda gəlməsinə görədir.
Bətul - mənası çox ibadət edən deməkdir. Digər rəvayətə görə isə bu adın mənası qadına məxsus heyz halından pak olmaqdır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar