beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NAMAZA vaxtım yoxdur

Niyə NAMAZ qılmırsan? Bəhanələrin çoxdur, hə? Fikirləşirsən ki, işin çoxdur, vaxtın yoxdur. Axı Çanaqqala savaşında əsgərlər Azan oxunanda NAMAZA hazırlaşıb, ALLAHa ibadət edirdilər. Onlar bəlkə də bir neçə dəqiqədən sonra şəhid olacaqdılar. Amma yenə də NAMAZ qılırdılar. Bəs metrolardakı, tikintilərdəki NAMAZ qılanlar elə oradaca işlərini yarımçıq qoyub NAMAZ qılırdılar. Nə oldu? Bu bəhanən də işə yaramadı? Hələ də düşünürsən ki, cavansan, “qılacağam da...” deyirsən. Heç bu fani dünyada elə doğulan kimi dünyasını dəyişən görməmisənmi? Bəs elə 1 yaşından valideyni ilə NAMAZ qılan görməmisən? Yenə də bu bəhanən keçmədi. Bəlkə də deyirsən “niyə NAMAZ qılım, ALLAH mənə nə verib ki?”, axı elə əlil ikən oturaq NAMAZ qılıb, şükür edənlər var. Bu da alınmadı, hə? Hə bəlkə də Xiftən NAMAZI vaxtı deyirsən: “Gecədi, yuxum gəlir”. Amma heç “Kurtlar Vadisi”, “İffet”, “Fatmagülün suçu ne?” başlayanda belə demirsən. Nə oldu yenə alınmadı? Hərdən də deyirsən “əsas daxilin, ürəyin təmizliyidir, heçnə olmaz”. Səncə adı gözəl Məhəmməd Peyğəmbər o qədər günahkar idi ki, NAMAZı vaxtında qılırdı?!
Cənnətdə gözəl yerdə olmaq istəyirsənsə qəza və vacib NAMAZları qıl! NAMAZ İSLAMın təməlidir!


Tarix: 08.06.2013 / 13:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar