Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah sevdiklərini qoruyur

Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:

"İzzət və Cəlal sahibi Allah mömin qulunu sevdiyi halda dünyalıq bəzi şeydən qoruyar, eynilə sizin xəstənizi onun haqqında narahatçılıq edərək yemədən və içmədən saxladığınız kimi." (Müsnəd-I Əhməd 5/427)

Heç bir sevgi qarşılıksız deyil. Quran-i Kərimdə;

Möminlərin Allaha olan sevgilərinin güclü olduğu ifadə edilir. (Əl-Bəqərə, 165)

Bir Hədisi-Şərifdə:

"Kim Allaha bir qarış gəlirsə Allah ona bir arşın gəlir;
Kim Allaha bir arşın gəlirsə Allah ona bir addım gəlir" buyurulmaqdadır.

Ayə ilə Hədisi birləşdirdiyimiz vaxt qarşımıza bu nəticə çıxar:

"Kim Allahı sevsə, Allah da onu sevər."

Ali-İmran surəsinin 31-ci ayəsində də Allahın sevgisini qazanmaq, Peyğəmbərə (s.ə.s) itaət etməyə bağlanmışdır.

Allahın sevgisini istəyirsinizsə, Peyğəmbərə (s.ə.s) itaət edəcəyik, Onun yerinə yetirilməsini istədiyi qanunları ifa edəcəyik. Bütün bu məlumatlar bizə bunu verir:

Allah ancaq möminləri sevər. Çünki mömin, Allaha könüldən iman etmiş, Onun əmrlərinə könüldən yerinə yetirmiş, Onun elçisi Həzrəti Peyğəmbərə (s.ə.s) ürəkdən bağlanmış, Onun sünnəsinə iqamə etmiş kəsdir. Allah mömin qulunu çox sevdiyi üçün, ürəyini qaraldacaq, ürəyini meyl etdirəcək, iman hassasını zədələyə biləcək, ibadətlərin əhəmiyyətini həyatında azaldacaq bəzi dünyalıqlardan qorumaqdadır.

Nəhl Surəsi 99-cu ayədə Uca Allah (cc) iman gətirib öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir çətin gücü olmayacağını bildirmişdir.

Allah dostlarının həyatlarında bu hədisi görə bilməkdəyik. Allah dostu olmaqla həyatlarının Allahın qoruması altında olduğunu ifadə edəcək bir çox bioqrafiya bütün heybətiylə dayanmaqdadır. Allah ancaq sevdiklərini qoruyar, sevilmək də qul olmaqla mümkün olur


Tarix: 04.06.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar
loading...