beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyal Qurarkən Gerçəyi Itirmək

Yer üzündə yaşayan çox insan həyatı boyunca bir çox xəyal qurar və bunlara çata bilmək üçün çox çalışar. Kimi bu dünyaya istiqamətli xəyallar qurarkən, kimi də İslam uğruna edə biləcəklərini və bütün bunların özü üçün gözəl nəticəsi düşünər, xəyal edər.

Yalnız bu dünyanı düşünən və bütün planları və istəkləri bu dünya üzərinə qurulan insanlardan bəziləri, qurduqları xəyallara elə qapılarlar ki, çox vaxt gerçək həyatdan uzaqlaşarlar.

Məsələn universitet imtahanına hazırlanan bir şagirdin dərs çalışıb imtahanlara hazırlanmaq yerinə, universiteti qazandığını və məktəb həyatı boyunca nələr edəcəyini xəyal etməsi ya da tətil xəyalları qurması, bütün gələcəyini mənfi istiqamətdə təsir edə bilər. Bunu bilərək işi buraxmaq və xəyal qurmaq, əslində gerçək olmayan bir dünyada əyləndirilmək, başıboş gəzmək kimi bir şeydir.

İnsan, həqiqi olmadığını və bir müddət sonra xoşuna gələn bir dünya yaşadar xəyalında. Nəfsini sərhəd tanımadan doyurmağı hədəflərkən, itirdiyi zamanın fərqinə çata bilməz. Xəyal qurmaq gözəldir, ancaq zaman sürətlə irəliləyərkən və itiriləbiləcək tək bir saniyə belə yoxkən xəyallara dalmaq insanı böyük dağıtmalara sürükləyər.

Bu dünyaya gəliş məqsədini nəfsini doyurmaq olaraq düşünən insan üçün də yaşadığı həyat, xəyal aləmindən fərqli deyil. Bu dünyanın keçici bir əylənmə yeri olduğunu və əsl həyatın axirət yurdu olduğunu bildiyi halda insan, gerçək həyatı üçün heç bir şey etmirsə və bütün həyatını nəfsini doyurmaq üçün yaşayırsa, ömürünü xəyal quraraq keçirən bir insandan heç bir fərqi qalmaz.

Dünya həyatı yalnız bir oyun və bir əylənmədən başqası deyil. Qorxub-çəkinməkdə olanlar üçün axirət yurdu həqiqətən daha xeyirlidir. Yenə də ağıl dərk etmirsiniz? (Ənam Surəsi, 32)

Yaşanan bu xəyal aləmini insana cazibədar və bəzəkli göstərən şeytan, insanları sonu gəlməyəcək istəklərlə və ehtiraslarla aldadaraq, sonunda ölüm olan bu dünyaya sıx bağlar. Ölümlə birlikdə əsl həyata oyanan insan isə özünə tanınan müddəti oyalanarak keçirdiyi üçün böyük bir peşmanlıq yaşayar. Bu peşmanlıq universitet imtahanına hazırlaşmağa və qazana bilməyən bir şagirdin yaşadığı peşmanlıqdan çox daha böyükdür. Sonsuz həyatını əbədi olaraq oda atan və əslində gerçək olmayan bir xəyal üçün boşa vaxt itirən insan üçün artıq geri dönüş yoxdur.

Onlar, dinlərini bir əyləncə və oyun (mövzusu) düzəltdilər və dünya həyatı onları aldatmışdır. Onlar, bu günləriylə qarşılaşmağı unutduqları və Bizim ayələrimizi 'yox sayaraq tanımadıqları' kimi, Biz də bu gün onları unudacağıq. (Əraf Surəsi, 51)

Atəşin üstündə saxlandıqları zaman sən onların; deyərlər ki: "Kaş ki (dünyaya bir daha) qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq." (Ənam Surəsi, 27)

Geri dönüşü olmayan bir yola girib son bir fürsət istəmək yerinə, o yola girmədən əvvəl bizə tanınan zamanı çox yaxşı qiymətləndirməli və yalnız Allahın razılığını güdərək yaşamalıyıq.

Tək Xəyalım Allahın razılığını qazanmaq və cənnətinə qovuşmaq olsun inşallah.
Xəyallarin arxasından qaçarkən gerçəkləri itirməmək diləyiylə ...


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar