Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

11 SUAL Ve CAVAB

1.Dünyada elə insanlar ola bilərmi ki, İslam dini onlara çatmasın? Əgər varsa, axirət günü onların aqibəti necə olacaq?
Bəli, qeyd etdiyiniz hal mümkündür. Əgər bu kimi şəxslərin İslam dini barədə heç bir anlayışı yoxdursa, axirət günü yaşadıqları səmimiyyətə hakim olan qanunlarla mühakimə olunacaq və layiqli cəza və ya mükafatlarına çatacaqlar.

2.Peyğəmbərin (s.ə.s) əsas sünnəsi olan əxlaqi dəyərlərin getdikcə zəiflədiyi bir dövrdə firqələrə ayrılmaq nə dərəcədə düzgündür?
Allah-Təala Qurani-Kərimdə müsəlmanlara Onun ipindən yapışıb ayrılmamalarını əmr etdiyi halda, təəssüflər olsun ki, bir çoxları hələ də məzhəb ayrı-seçkiliyi salır və düşmənin dəyirmanına su tökürlər. Bu iş dini baxımdan haram və böyük günahlardandır.

3.Kəbin olmadan nişanlı halda cinsi əlaqədə olub hamilə qalmaq olarmı?
Xeyr, nişanlı olmaq sizin nişanlınıza məhrəm olmağınıza səbəb olmur, məhrəm olmaq üçün kəbin kəsdirməlisiniz. Kəbin kəsilmədən cinsi əlaqədə olmaq zina hesab olunur. Dünyaya gələn uşaq isə vələdüzzina (yəni qeyri-qanuni cinsi əlaqə nəticəsində doğulan) hökmündədir.

4. Bəziləri qüsl alarkən bədənə bir, bəziləri iki dəfə, bəziləri isə daha artıq su tökməli olduğunu söyləyir.
İstər vacib olsun, istərsə də müstəhəb, bütün qüsllər, niyyəti istisna olmaqla, eyni qaydada alınır. Əvvəl baş yuyulur, sonra bədənin sağ, sonra isə sol tərəfi yuyulur. Suyun neçə dəfə tökülməsinə gəldikdə isə şəriətdə bunun miqdarı müəyyən olunmamışdır. Əsas odur ki, bədəndə zərrə qədər də quru və ya su çatmayan yer qalmasın.

5. Yetkinlik yaşına çatdığım 10 yaşımdan 14 yaşa qədər qılmadığım namazlara görə boynuma günah gəlirmi?
Bilərkdən hər hansı bir vacib əməli etməmək günahdır. Təxirə salmadan Allahın bütün vacib əməllərini yerinə yetirməyi məsləhət görürük.

6. Hicabı tərk etmək bağışlanmayan günahlardandır?
Hicab – Allahın vacib etdiyi göstərişlərdən biridir. Əvvəllər hicab taxmayıb namaz qılan xanımlara məsləhət görərdik ki, hicab onlara çətin gəlməsin deyə ilkin mərhələdə hicaba uyğun geyimlərdən istifadə etsinlər. Qolu və bədəni bütünlüklə örtən paltarlardan istifadə etsinlər. Bir müddət sonra hicaba da riayət etsinlər. Allah Öz sevimli bəndələrinə yol açan və mərhəmətlidir.

7.Namaz qılmayan şəxs müsəlman sayılırmı?
Bəli, dinimizə görə, kəlmeyi-şəhadəti (Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, Muhəmməd (s.ə.s) isə onun elçisidir) deyən hər bir şəxs müsəlman sayılır. Lakin namaz qılmamaq və ya namazı tərk etmək böyük günahlardandır. Allah köməyiniz olsun!

8.Boynunda cənabət qüslü olan şəxs namaza imamlıq edə bilərmi?
Əgər imamın cənabət halında qalıb təyəmmüm etməsi üzürlüdürsə, camaat namazına imamlıq edə bilər.

9.Təşəhhüdü unutduqda onun qəzasını yerinə yetirmək, yoxsa səhv səcdəsi yerinə yetirmək lazımdır?
Səhv səcdəsi yerinə yetirsəniz, kifayət edər. Təşəhhüdü yerinə yetirmək vacib deyil.

10.Üçüncü və dördüncü rükətlərin sayında şəkk etdikdə nə etməliyik?
Narahat olmayın, təsbihat ərbəəni (subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllah vəllahu əkbər) zikrini bir dəfə demək kifayət edər.

11.Ehtirası artırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etmək olarmı?
Xeyr, şəriətə görə, bu kimi vasitələrdən istifadə etməyiniz düzgün deyil. Ayrıca dərman preparatlarının yan təsiri də sağlamlığınıza ciddi ziyan vura bilər. Yaxşısı budur, hər şey təbii yolla həll olsun.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 189 Bölmə: Maraqlı melumatlar
loading...