beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarimciq Qalan Hekaye.GeCe SeHRaDa

Behreyn Avropa ve hegemon dövletlerin istismarı altında olduğu dövrlerde müselmanları razı salmaq üçün, bir sünni mezhebli nasibini (Imam Eli-la düşmen olanlara verilen ad) ora hakim teyin etmişdiler. Onun şielere qarşı qatı düşmen olan bir veziri var idi. Behreyn ehalisinin ekseriyyeti şie ve Ehli-beyt aşiqi olduğu üçün onlara qarşı düşmençilik ederdi. O, daim şielere ezab-eziyyet verer, onların mehv olub aradan getmesi üçün müxtelif hiylelere el atardı.Günlerin bir günü vezir hakimin yanına gelib ona üzerinde << La Ilahe illellah Muhemmedun Resulullah ve Ebu Bekru ve Umeru ve Usmanu ve Eliyyu xulefai resulullah.>>(Allahdan başqa Allah yoxdur. Mehemmed onun resuludur. Ve Ebu Bekr, Ömer, Osman ve Eli Allah peyğemberinin xelifeleridir.) yazılmış tebii işareleri olan bir nar teqdim edir. Hakim diqqetle nara baxdıqdan sonra tam yeqinlikle bele qenaete gelir ki, narın üzerindekiler şielerin Elinin Peyğember (s)-den sonra xelife olmasına dair iddialarını batil edecek qeti delil ola biler. Üzünü vezire tutub deyir: Indi ne fikirleşirsen? Biz onlarla ne edek? Vezir deyir: Şieler teessübkeş bir camaatdır. Onlar hetta, esaslı delilleri bele qebul etmirler. Bunun üçün de gerek onların en böyük alimlerini çağırıb bu narı gösterek ve onlara dörd yol teklif edek; ya esassız mezheblerinden el çekmeli, ya zilletle cizye(vergi) vermeli, ya kişileri öldürülüb qadınları esir olmalı, ya da bu narın müqabilinde esaslı delil getirmelidirler !Hakim xebis vezirin teklifini qebul edir. O, vaxt teyin edib şie alimlerini saraya çağırtdıraraq onlara xeber gönderir ki, mühüm bir mesele barede söhbet etmek isteyir. Alimler yığıncaqda hazır olduqdan sonra hakim narı onlara gösterib vezirin teklifini söyleyir ve teleb edir ki, tez bir vaxta dürüst cavab versinler. Eks teqdirde, onların özlerini öldürecek, qadınlarını esir götürecek ve var-dövletlerini ise qaret edecekdir. Sonra bildirir ki, onlara edeceyi en böyük güzeşt onlardan zilletle cizye alması olacaqdır. Bir sözle, şielere eynile Islam dövletine tabe olan qeyri-müselmanlarla nece reftar olunursa, ele reftar olunacaqdır. Şie alimleri narı görüb hakimin sözlerinden bedenleri lerzeye düşür ve özlerini itirirler. Onlar ne edeceklerini ve ne cavab vereceklerini bilmirler. Alimlerden bir neçesi hakime deyir: Eger mümkündürse, bize üç gece möhlet ver, sene cavab vere bilek. Yox, eger vere bilmesek, her ne istesen bize qarşı heyata keçire bilersen. Hakim onlara üç gece möhlet verir. Alimler qorxu ve hürkü içinde bir yere toplaşıb, birge meşveret edirler. Nehayet, hamılıqla bele bir qerara gelirler ki, teqva ehlinden olan on nefer zahid alim seçsinler ve onların da arasından üç nefer üstününü teyin edib, her gece biri sehraya getsin ve Imam Zaman (e)-a tevessül etmekle meselenin helli yolunu tapsınlar. Onlar bele de edirler. Birinci gece onlardan birine deyirler: Bu gün sehraya gedib orada ibadetle meşğul ol ve dua, münacat ederek Allahın qapısını döy.Sonra ise Imam Zaman (e)-a tevessül edib ondan kömek dile. Belke, Hezretden bu müemmanın cavabını öyrene bildin. Qelbi iman ve teqva ile dolu hemin alim ixlas ve sedaqetle sehraya üz tutur ve sehere qeder Allahla münacat etdikden sonra, Imam Zaman(e)-a tevessül edir. Lakin, teessüfler olsun ki, bir şey görmür ve cavabsız qayıdır. Ikinci axşam o biri teqvalı alim sehraya üz tutur. O da birinci alim kimi sehere qeder münacat ve dua edib, Imam Zaman (e)-a andlar verse de cavabsız gelir.O da meyus halda camaatın yanına qayıdıb bir netice vermediyini bildirir.Veziyyeti bele gören şieler sonuncu geceni iztirab içinde keçirirler. Daha onların cavab üçün yalnız bir geceleri qalırdı. Eger bu gece de cavab elde ede bilmeseler, çareleri kesilecekdi. Hamı bir nefer kimi ellerini duaya qaldırır ve seçilen üçüncü alim ve teqvalı şexs Mehemmed ibn Isa sehraya gönderilir. O da ayaqyalın, başı açıq sehraya teref üz tutur. O gece hemişekinden çox qaranlıq olur. O, bir guşeye çekilib dua ve münacatla meşğul olumağa başlayır. Allahın dergahına üz tutaraq düçar olduqları belanı Imam Zaman (e)-ın vasitesile aradan qaldırmasını isteyir. O gece xeyli ağlayır ve çalışır ki, özünde qeyri-adi ixlas elde etsin. Sebirsizlikle Imam Zamanın intizarını çekir. Gecenin sonunda birden, qulağına bir ses gelir. Diqqetle qulaq asdıqda, melum olur ki, kimse onu adı ile çağırıb deyir: Ey Mehemmed ibn Isa! Ixtiyar sahibinden ne isteyin var? Cavab verir: Eger sen doğrudan da ixtiyar sahibimsense, menim ne istediyimi bilmelisen ve menim demeyime heç bir ehtiyac yoxdur! Deyir: Eledir, düz deyirsen. Sen şielerin düçar olduqları belaya - hakimin üzerinde yazı olan narla elaqeli olan meseleye cavab tapmaq ve onun hede-qorxusundan yaxa qurtarmaq üçün bu sehraya gelmisen. Mehemmed ibn Isa deyir: Ağamdan möcüzeli sözleri eşitcek, üzümü ona tutub dedim: Beli, siz bizim başımıza gelenlerden agahsınız. Siz bizim imamımız, hem de bu belanı bizden def etmeye qadirsiniz.Hezret buyurdu: Ey Mehemmed ibn Isa! Allahın lenetine gelmiş vezirin evinde bir nar ağacı vardır. Onun meyveleri böyümeye başladıqda, vezir onlara gilden hazırlatdığı mexsus qelibleri keçirir. Qeliblerde hemin yazılar vardır ki, narlar böyüdükce onların üzerine hekk olur. Seher açıldıqda hakimin yanına get ve ona cavab vermeye hazır olduğunu bildir.Sonra de ki, şexsen vezirin evine getmeyince kimseye bir söz demeyeceyem. Eve daxil olduqda, hakime de ki, bunun cavabını sağ terefdeki otaqda deyeceyem. Vezir bunu eşitdikde, sizi hemin otağa daxil olmağa qoymayacaq. Lakin, sen israr et ve qoyma ki, vezir otağa tek daxil olsun. Çalış, otağa birinci sen özün giresen. Otaqda taxçanın üzerinde bir kise var ve qelibler de onun içindedir. Onu götürüb hakimin yanına apar. Sonra narı hemin qelibe qoy ve bununla da o, heqiqetden agah olsun. Size başqa bir sirr de açıram. O da budur ki, eger narı iki yere bölseniz, onun içinde gileler yerine kül göreceksiniz. Camaatın gözleri önünde vezirden narların birini bölmeyiteleb edin, qoy hamı bu heqiqetin şahidi olsun. Vezir bu işi gördükde, narın içinden çıxan kül onun saç-saqqalına yapışacaqdır. Mehemmed ibn Isa bu sözleri fedası olduğumuz Imam Zaman (e)-dan eşitdikce, qol-qanad açır ve sevindiyinden Hezretin ayaqları altındakı torpağı öpmeye başlayır. Sonra o, böyük ferehle camaatın yanına qayıdır. Seher tezden yerli şielerle birlikde hakimin yanına gedir ve Imam Zaman (e) -ın ona dediklerini yerine yetirir. Hakim soruşur: Sizin Imamınız kimdir? Mehemmed ibn Isa Imam Zaman (e)-a qeder bütün mesum imamların adlarını çekmeye başlayır. Hakim ona deyir: Elini ver, seninle beyet edim! Men bu andan şie mezhebini qebul edirem. Belelikle, hakim özü de aşkar möcüzeni müşahide etdikden sonra şie mezhebini qebul ve vezirini ise edam edir. Özü de bir daha şielerden üzrxahlıq isteyib, heqiqi müselman olur. "Necmüs-Saqib"de neql olunan bu ehvalat Behreynde çox meşhurdur. Hamı bu ehvalatı danışır ve indinin özünde de Mehemmed ibn Isanın qebrini böyük ehtiramla ziyaret edirler.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 471 Bölmə: Maraqlı melumatlar