beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şəfadır..

Sevgi ruhların arasındakı bənzəmədən yaranan qaynaşmadan ibarətdir. Necə ki, bir suyu digər bir suya qarışdıranda bir-birindən ayırd etmək qeyri-mümkündür. Bu səbəblə iki şəxs arasındakı sevgi elə bir nöqtəyə çatmaqdadır ki, biri digərinin ağrısını duyar; onun xəbəri olmadan tutulduğu xəstəliyə tutular.

Sevgi eyni taleyi paylaşmaqdır. Elə bir ki, iki tərəfin ürəyinə dinclik və fərahlıq gətirsin; xəstəliklərə dərman olsun.
Çünki paylaşılmayan sevgi yalnız bir dərd və ağrıdan ibarətdir.

Əgər bərabər bölünməzsə, könülü sevginin digər yarısı olan dərd zəbt edər.
Buna görə tək tərəfli sevgi əzablı; qarşılıqlı sevgi də sevinc verər.

Bir-birini sevən iki adam arasında sevgiləri dərəcəsində bir bənzərlik var.
Mənfəətlərdə, xarakterdə və ya məqsədlərdəki bənzərliklər kimi.

Bunlardan ən təsirli olan sevgi xarakterdəki bənzərlik nəticəsində doğulan sevgidir. Bunda qarşılıq gözləməz və insan sevgisini izhar üçün daim özünün ruh və ülviyyəti cəhətdən bənzərini, yoldaşını axtarar və ancaq ruhun yoldaşı ilə sükunət tapar.

Ayədə buyurulduğu kimi:
"Sizi tək bir nəfsdən yaratdı və özüylə dayanıb sakitləşməsi üçün ondan da yoldaşını var etdi (Ə'RAF 189)."

Sevənin ruhu sevilənə meyl edir və özünü ona yaxın hiss edir. Sevilən bu yaxınlığı duymursa, deməli arada sevgini pərdələyən maddi yaxud mənəvi maneələr olar var.
Maneələr sevənin ürəyinə sevginin əkizi olan əzab ilə əks olunar.

Sevilənin bu sevgiyə cavab verməsi; ancaq maneələrin aradan qalxmasıyla mümkündür və o vaxt əzab da birdən-birə sevgiyə çevrilər
Digər bir ifadə ilə desək, sevgi bərabər bölünəndə əzab çıxıb gedər.

Ürəklər qarşılıqlı eyni sevgi ilə dolanda dərd yüngülləşər, sevinc çoxalar.
Qulların ruzisini paylaşdıran Allah sevgini də onlar arasında bərabər paylaşdırmışdır çünki.

Sevən iki adamdan birinin başına gələn xəstəlik və ya sağlamlıq digərinin də başına gəlməyəndə aradakı əsl sevgi aydın ola bilməz, əzabı özünü göstərər. Bir şairin dediyi kimi:
"Rəbbim! Əgər aramızdakı sevgini bölüşdürməyəcəksənsə, heç olmasa onun yoxluğuna da yana biləcək qatı bir ürək nəsib et mənə."

Əgər sevgilin xəstə ikən xəstə olmursansa, əsl sevgini və sevinci dada bilmərsən.
Sevgilinin yanına ziyarətə gedəndə xəstələnən aşiq əlbəttə onu görən kimi yaxşılaşacaq.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar