beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslami Şəxsiyyətlərdən Dua Haqqında Hədislər

Dua

Hikmət əhli bir şəxs bu şəkildə buyurdu: Allah-taala duanı 3 şəkildə qəbul edir:

1. Duanı nağd qəbul edir. Yəni istədiyimizi dərhal verər.

2. Duanı nisyə qəbul edir. Yəni biz istədiyimiz qədər yalvaraq, Allah deyək, göz yaşı tökək. Bəs nə zaman verər? Ölərkən verər, qəbirdə verər, məhşərdə verər, mizanda verər, ən son Cənnətdə verər, amma mütləq verər.

3. Allah (c.c) duanı qəbul edər, amma istədiyimizi verməz. Bəs Uca Allah "Mən duaları qəbul edərəm" buyurur. Bəli, qəbul edir, amma O, istədiyimizi vermir, onun əvəzinə başqa şey verər. Elə bir şey ki, bəlkə o, istədiyimizdən daha qiymətlidir; etdiyimiz duanın əvəzinə başımıza gələcək bir çox bəlaları aparar.



Peyğəmbərimizdən (s) dua haqqında hədislər:

1. Allah-Taala bəndəsinin ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.

2. Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.

3. Qardaşın öz din qardaşına olan gizli duası rədd ediləsi deyil.

4. Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.

5. Gizli dua aşkar duadan 70 dəfə təsirlidir.

6. Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmdir.

7. Allah-Taala duada israrlı olanı sevir.

8. Atanın övladına duası, Peyğəmbərin ümmətinə etdiyi dua kimidir.

9. Dua möminin silahıdır.

10. Səbr və dua mömin üçün ən yaxşı silahlardır.

11. Üç dua mütləq qəbul olunar: məzlumun duası, müsafirin duası və atanın övladına etdiyi dua.



Həzrəti Əlidən (ə) dua haqqında hədislər:

1. Dua vasitəsilə bəla aradan qalxar.

2. Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.

3. Dua möminin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.

4. İnsanların ən acizi dua etməkdə aciz olandır (dua etməyəndir).



İmam Sadiqdən (ə) dua haqqında hədislər:

1. Allah-Taala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.

2. Dua etməyi unutmayın, çünki dua hər dərdindərmanıdır.

3. Həqiqətən rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.

4. Allaha edilən hər bir dua Muhamməd və Ali-Muhammədə salavat göndərmədikcə səmaya qalxa bilmir.

5. Dua edərkən əvvəl öz mömin qardaşlarından 40 nəfərə, sonra özünə dua edən şəxsin həm onlar (40 nəfər), həm də özü barəsində etdiyi duası qəbul olar.

6. Allah-taala gündəlik 5 vacib namazı günün ən fəzilətli vaxtlarında qərar vermişdir. Belə isə namazlardan sonra dua edin.



İmam Baqir (ə) buyurur:

And olsun Allaha ki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.



İmam Rza (ə) buyurur:

Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar