Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sələfin həyatından ibrət(Həram ibn Milhən)

Risaləti təbliğ edərkən öldürülən səhabə-Həram ibn Milhən

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Həram ibn Milhəni (radıyAllahu anhu) dəvət üçün göndərdi.

Həram ibn Milhən (radıyAllahu anhu) də camaat qarşısına çıxıb dedi:

- Ey Birul Məunə əhalisi! Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sizə göndərdiyi elçisiyəm. Bu səbəblə Allah və Rəsuluna iman edin.

Evin içindən bir nəfər çıxıb nizə ilə onun qarın nahiyəsinə vurdu. Bir nəfər də arxadan keçərək onu nizə ilə vurdu.

Həram (radıyAllahu anhu) dedi:
- Allahu Əkbər! Kəbənin Rəbbinə and olsun ki, qazandım.

Və beləcə o vəfat etdi.

Bu xəbər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çatdıqda o, Allaha və Rəsuluna üsyan edən Ril, Zəkvan, Bəni Lihyən və Usayyə qəbilələrinə otuz gün bəd dua etdi.

[ Ətraflı bax: Buxari 7/385, hədis-4091 ]


Tarix: 09.05.2013 / 13:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar
loading...